Şəfa (müğənni)
From Wikipedia, the free encyclopedia
Remove ads
Şəfa (29 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu – 4 dekabr 2005) — azərbaycanlı müğənni.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Remove ads
Həyatı
Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə SSRİ-nin son illərində ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.[1]
İlk dəfə "Dağlar" adlı şeiri ilə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib.
Orta məktəbi əla qiymətlərlə bitirmiş və 1992-ci ildə Türkiyənin Egey Universitetinin "Türk filalogiyası" fakültəsinə qəbul olunmuşdur. Universitetdə təhsil aldığı illər ərzində tələbə yoldaşları ilə birlikdə konsert proqramları təşkil edib və oradan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürüb. 1993-cü ildə Azərbaycana qayıdıb və təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüşdür.
O, 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.[2][3][4]
Remove ads
Diskoqrafiyası
Mahnıları
![]() | Bu siyahı natamamdır; çatışmayan əlavələri edərək kömək edə bilərsiniz. |
- Ölə Bilərəm
- Geri Dön
- Sevgi Qatarı
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads