Əhliman Axundov

Azərbaycan ədəbiyyatşünası From Wikipedia, the free encyclopedia

Əhliman Axundov
Remove ads

Axundov Əhliman Molla Əli oğlu (30 sentyabr 1903[1], Əliquluuşağı, Zəngəzur qəzası2 oktyabr 1977[1], Bakı[1]) Azərbaycan folklorşünası və ədəbiyyatşünas-alimi.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası Molla Əlinin mədrəsəsində Azərbaycan, fars və ərəb dilləırində ilk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir. 1932-ci ildə Ali Pedaqoji İnstitutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnsitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

Əhliman Axundov 1977-ci ildə oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.

Remove ads

Əsərləri

  • Sadiq qardaş, 1942
  • Qudurğan qaban, 1942
  • Nağıllar, 1948
  • Азербайджанские сказки, 1950 (rus dilində)
  • Məlik Məmməd, 1958
  • Əsli və Kərəm, 1960
  • Qaçaq Nəbi, 1961
  • Xalq dastanları 2 cildlik, Əhliman Axundov, 1961
  • Azərbaycan nağılları 5 cildlik, 1961
  • Telli saz ustaları, 1964
  • Cənnət satan molla, 1965
  • Sarı aşıq, 1966
  • Aşıq Ələsgər, 1967
  • Azərbaycan folkloru antologiyası. II cild (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968
  • Azərbaycan dastanları 5 cildlik Əhliman Axundov, 1969
  • Azərbaycan nağılları 2 cildlik, 1970
  • Aşıq Ələsgər 2 cildlik, 1970
  • Aşıq Hüseyn Şəmkirli, 1971
  • Oyunlar, 1971
  • Azərbaycan xalq nağılları, Əhliman Axundov, 1972
  • Tülkü tülkü tümbəki, 1972
  • Qaravəllilər, 1974
  • Aşığın sözü, 1976
  • Azərbaycan xalq dastanları, Əhliman Axundov, 1980
  • Azərbaycan nağılları, 1982
  • Azərbaycan aşıqları və el şairlər, Tərtib edən: Ə.Axundov. İki c.də II c. Bakı, Elm,1984
  • Azərbaycan aşıqları Tərtib edən: Ə.Axundov. İranda nəşr olunub
  • Dəli Padşah pyesi
Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads