Əjdaha təsvirli xalçalar
Qafqaz xalçaları qrupu From Wikipedia, the free encyclopedia
Remove ads
Əjdaha təsvirli xalçalar — Qafqaz xalçaları qrupudur.[2] Bu xalçalar qrupu erkən Qafqaz xalçaları arasında ən böyüyü və ən çox müzakirə olunanıdır. Xüsusən Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələri olan bu xalçalar qədim və zəngin tarixə malikdir.[3]
Remove ads
Təsviri
"Əjdaha təsvirli xalçalar"ın əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rəngdədir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnmişdir. Xalçaların üzərlərində öz adını aldıqları əjdahalar təsvir edilmişdir. Əjdahalar şaquli "S" şəklindədir. Sonrakı dövr xalçalara əjdaha başı ilə döyüşən şirlər, eləcə də ördək və qırqovul kimi fauna növləri daxildir.[3] XIX əsrdə əjdahalar yox olur və ya nəbati motivlərlə əvəzlənir. Görünüşün mənasını başa düşmək olduqca çətindir, çünki orijinal model uyğunlaşma prosesində çox stilizə edilmiş və sadələşdirilmişdir.[4]
Remove ads
Tarixi
Qədim dövrlərdən Çin imperatorunun və imperatorun gücünü simvolizə edən əjdaha və simurq sonralar Min sülaləsinin rəsmi embleminə çevrildi. Digərləri ilə yanaşı, simurq və əjdaha ilk dəfə Qafqazda monqol istilası zamanı meydana çıxan və XV əsr xalça sənətinin bir hissəsinə çevrilmiş motiv nümunələridir. Simurq burada xeyirlə əlaqələndirildi və əjdaha isə şər simvolu kimi göründü.[5]
"Qızıl əsr" dövründə Səfəvilər hakimiyyətə gəldikdən sonra Təbrizdə, İsfahanda, Kaşanda xalça manufakturaları yaradıldı. Burada şahdan xarici dövlətlərin hökmdarlarına möhtəşəm hədiyyələr hazırlanır, məscid və saraylar üçün xalçalar toxunulurdu.[5]. "Əjdaha xalçaları"nın heyvan motivləri Çin mənşəli olsa da, xalçaların özü Səfəvilər dövrünə aiddir.[3] Bu xalçalar Kerman xalçaçılığının güclü təsiri altında olan Zaqafqaziyanın ən məşhur məhsulları idi. Lakin burada fərqli bir texnikadan istifadə edilirdi.[4] Gəncə-Qazax qrupuna aid Azərbaycan xalçalarında əjdahaları simvolizə edən S formalı naxışlara rast gəlinir.[6] Əjdaha təsvirli xalçalar da Quba xalçalarının ən erkən nümunələrindəndir, əjdahalar, od şirləri və başqaları kimi Çin mifik heyvanlarını təsvir edir.[7]
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads