Əkbər Ağayev (tənqidçi)
Azərbaycan ədəbi tənqidçisi, ədəbiyyatşünas From Wikipedia, the free encyclopedia
Remove ads
Əkbər Məmməd oğlu Ağayev (21 mart 1915, Şuşa – 2 mart 1989, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor.[1][2]
Remove ads
Həyatı
Əkbər Ağayev Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır.[2]
Fəaliyyəti
Əmək fəaliyyəti
Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır.

Əkbər Ağayev eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim. kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.[2]
Ədəbi fəaliyyəti
Əsərləri
Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin "Nizami və dünya ədəbiyyatı" (1964), "Şeirimizin yeni nəsli", "Lirikanın qüdrəti", "Dramaturgiyanın bəzi məsələləri", "Ədəbiyyat tarixi haqqında qeydlər" və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş "Anri Barbüs", "Höte Nizami haqqında", "Fransız xalqının böyük oğlu", "Humanist sənətkar", "Xalq nəğməkarı", "Səhər şəfəqləri" kimi əsərlər də vardır. "M.Y.Lermantov və Azərbaycan" (1941), "A.İ.Gertsen"(1962), "Sənətkarlıq məsələləri" (ədəbi-tənqidi məqalələr)(1962), "Nizami və dünya ədəbiyyatı" (1964), "Sənətkara töhfə" (1978), "Əsrin tərənnümü" və s. kitabları işıq üzü görmüşdür.[2]
Tərcümələri
Əkbər Ağayev tərcümə sənəti ilə də yaxından məşğul olan müəllif dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etmişdir. A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolsto, Belinski, Dobrolyubov, Qorki, Dikkens, Bualo və b. rus ədiblərindən tərcümələri vardır.[2]
- D.Defo. "Dənizçi Robinzon Kruzonun həyatı və qəribə sərgüzəştləri", 1948
- A.Qaydar. "Seçilmiş hekayələr", 1949
- M.Qorki. "Nağıllar", 1949
- F.Lanker. "U.aqlar və xəncər", 1951
- "Bolqar xalq nağılları", 1952
- N.M.Karamzin."Zavallı Liza", 1958
- V.Korolenko. "Qəribə qız", 1960
- M.Kostyubinski. "Fata Morqana", 1961
- O.Sekora. "Qarışqalara təslim olmur", 1961
- N.Kalma. "Qara Salli (povest)", 1961
- A.Dode. "Taraskonlu Tartarenin qeyri-adi maceraları (roman)", 1962
- S.F.Antonov. "Kremldə görüş", 1964
- Ə.Q.Bikçentayev. "Səfirin qızı", 1964
- Y.Jemante. "Yonyalis hərfləri necə öyrəndi", 1964
- V.K.Jeleznikov. "Altıncı "B"-nin qəribə şagirdi"
- Jül Vern. "Arxipelaq alovlanır", 1969
- Bualo. "Poeziya sənəti", 1969
- Ç.Dikkens. "Oliver Tvistin maceraları", 1977
- D.Defo. "Robnizon Kruzo", 1979
- V.Q.Belinski. "Seçilmiş məqalələri", 1979
Remove ads
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads