Əlfəddin Abdullayev

From Wikipedia, the free encyclopedia

Remove ads

Əlfəddin Abdullayev (2 aprel 1929, Qumlaq, Vartaşen rayonu4 sentyabr 2014, Bakı) — Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi, Ali Sovetin deputatı, 4 saylı Şəhər Xəstəxanasının baş həkimi, "Sağlamlıq" verilişlərinin aparıcısı, 91-lərdən biri.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Əlfəddin Abdullayev 1929-cu ildə Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1946-cı ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.[1]

1950-ci ildə institutu bitirmiş, təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandık rayonuna işə göndərilmişdir. Əvvəllər Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir. Üç il Qazaxıstanda işlədikdən sonra 1955-ci ildə Azərbaycana, doğma rayona qayıtmışdır. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləmişdir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur və 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1965-ci ildən 1968-ci ilə qədər Səhiyyə Nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləmişdir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olmuşdur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləmiş, tələbələrə dərs demişdir. 1965-ci ildən 1969-cu ilə qədər Azərbaycan Tibb Universiteti "Tibb kadrları" qəzetinin redaktoru olmuşdur. 1970-ci ilin iyulun 1-dən Bakı şəhəri Fuad Əfəndiyev adına 4 saylı klinik xəstəxanasının baş həkimi təyin olunmuş və həmin tarixdən əvvəl işlədiyi kafedrada əvəzçilik üzrə yarım ştat ilk vaxtlar assisent, sonra isə dosent işləmişdir.[2]

SSRİ dövründə Ali Sovetin deputatı olub. Uzun illər "Sağlamlıq" verilişlərinin aparıcısı olmuşdur.[3]

Əlfəddin Abdullayev 2014-cü ildə 85 yaşında Bakı şəhərində dünyasını dəyişmiş və 4 sentyabr 2014-cü ildə doğulduğu Oğuz rayonunun Xalxal kəndində dəfn olunub.[3]

Remove ads

Kəlamları

  • "Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan"

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads