Əli Vəlioğlu

şair From Wikipedia, the free encyclopedia

Remove ads

Əli Vəli oğlu Əlizadə (1 yanvar 1940, Nüvədi, Meğri rayonu) — Şair, publisist, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2004)[1]

Cəld faktlar Təxəllüsü, Doğum tarixi ...
Remove ads

Həyatı

Əli Vəlioğlu 1940-cı ilin yanvarın 1-də Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Yeddiilliyi Nüvədi kəndində, 1958-ci ildə orta məktəbi qonşuluqda olan Aldərə kəndində bitirmişdir. 1958–1961-ci illərdə əmək fəaliyyətinə kolxozda məşğul olmuşdur. 1961–1964-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra 1968-ci ilədək yenidən Nüvədi kənd kolxozunda işləmişdir. 1965–1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil aldıqdan sonra 1968–1989-cu illərdə Nüvədi kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edib.[2]

Remove ads

Fəaliyyəti

1989-cu ildə qaçqınlıq dönəmində Bakıya köçən Vəlioğlu Azərbaycan Qaçqınlar Cəmiyyətində bir il işlədikdən sonra 1991–1992-ci illərdə "Hikmət", "20 Yanvar" qəzetlərində böyük müxbir kimi jurnalistlik fəaliyyətinə başlayıb. 1993-cü ildə "Türk dünyası" jurnalında redaktor müavini, "Kefli İsgəndər" satirik qəzetində baş redaktorun müavini, həm də rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən Bakının 151 saylı orta məktəbində müəllim vəzifəsində işləyən şair 2004-cü ildən Azad Azərbaycan cəmiyyətinin üzvüdür. Ədəbi fəaliyyətə 1965-ci ildən başlayan Əli Vəlioğlunun 1970-ci ildə "Kommunist" qəzetində ilk miniatürləri, 1983-cü ildə "Ədəbi Ermənistan" almanaxında şeirləri, "Didərginlər" kitabında publisist məqalələri dərc olunmuşdur.[3]

Əsərləri

  • "Mənim da ulduzum" (1985)
  • "Mənim dünyam" (1993)
  • "Qəzəllər"
  • "Halal çörək" (povest, 1997)
  • "Bu minvalla dünya belə qalammaz" (şeirlər, hekayələr, 1997)
  • "Mənim mənalı dünyam" (hikmətli deyimlər, 2001)
  • "Vətən boyda dərd göyərtdim, qəm yedim" (şeirlər, 2004)
  • "Ağıl dəryasından incilər" (2008)
  • "Ömrümüzə işıq düşür" (albom, 2000)
  • "Nüvədi və nüvədililərin tayfa şəcərəsi" (2009)
Remove ads

Mükafatları

Jurnalistlik fəaliyyətinə görə 2004-cü ildə "Həsən bəy Zərdabi", 2006-cı ildə isə "Qızıl qələm" media nükafatına layiq görülmüşdür.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads