Əlisəmid Kür
From Wikipedia, the free encyclopedia
Remove ads
Əlisəmid Kür (8 fevral 1954, Salyan, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Remove ads
Həyatı
Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.
1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.
1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir.
Aktyor Qorqud Cəfərlinin atasıdır
Remove ads
Kitabları
- "Rəngli kölgələr", Bakı, "Yazıçı", 1989
- "Əlisəmid və qırx tanış üz", Bakı, "İşıq", 1991
- "Kentavr", Bakı,"Sabah", 1995
- "Çaylar məcrasından çıxanda", Bakı, "Vektor", 2004
- "Sonuncu dua", Təbriz, "Dənizçin", 2013
Ədəbi mükafatları
- "Qızıl çələng" poeziya mükafatı, Türkiyə, Antaliya, 1992
- "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı, 2003
- Beynəlxalq Rəsul Rza mükafatı laureatı, 2004
- "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat ödülü, Ankara, 2014
Həmçinin bax
Xarici keçidlər
- Əlisəmid KÜR Arxivləşdirilib 2011-09-23 at the Wayback Machine
- Əlisəmid Kür - XəzərJurnalı.az
Şair haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads