Əlisəttar Atakişiyev

Azərbaycan ssenaristi From Wikipedia, the free encyclopedia

Əlisəttar Atakişiyev
Remove ads

Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906 – 7 noyabr 1990) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru.[1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur.

Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb.[2] Estoniyanın ilk rəngli filmini çəkib.

Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur[3].

Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir.[4] Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.[5]

Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.

Remove ads

Filmoqrafiya

  1. Arşın mal alan (film, 1945)Quruluşçu Operator
  2. Azərbaycanın müalicə ocaqları (film, 1951)Quruluşçu RejissorQuruluşçu Operator
  3. Bakılılar (film, 1938)Operator
  4. Bir ailə (film, 1943)Quruluşçu Operator
  5. Bir qalanın sirri (film, 1959)Quruluşçu Rejissor
  6. Bizim küçə (film, 1961)Quruluşçu Rejissor
  7. Doğma xalqıma (film, 1954)Quruluşçu Operator
  8. Fətəli xan (film, 1947)Quruluşçu Operator
  9. İstintaq davam edir (film, 1966)Quruluşçu Rejissor
  10. Xalq Yaradıcılığı Festivalı (film, 1937)Quruluşçu RejissorQuruluşçu Operator
  11. Qərib cinlər diyarında (film, 1977)Quruluşçu Rejissor
  12. Mahnı belə yaranır (film, 1957)Geyim Rəssamı
  13. Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015) - Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
  14. O olmasın, bu olsun (film, 1956)Quruluşçu Operator
  15. Sehrli xalat (film, 1964)Quruluşçu Rejissor, Ssenari müəllifi
  16. Səhər nəğməsi (film, 1950)Quruluşçu Operator
  17. Sovet Azərbaycanı (film, 1950)— Quruluşçu Operator
  18. Sovqat (film, 1942)Quruluşçu Rəssam
  19. Sualtı qayıq "T-9" (film, 1943)Quruluşçu Operator
  20. Şöhrət, yaxud unudulan adam (film, 2003)— Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
  21. Uzaq sahillərdə (film, 1958)Quruluşçu Operator
Remove ads

İstinadlar

Mənbə

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads