Əmiraslan Əliyev

Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia

Əmiraslan Əliyev
Remove ads

Əmiraslan Rza oğlu Əliyev (30 avqust 1960, Naxçıvan17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Əmiraslan Əliyev 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Ü. Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Naxçıvan Şərabçılıq Zavodunda fəhlə işləmişdir. 1979–1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmətdə olmuşdur. Bir müddət Ukrayna respublikasında, sonra Polşada hərbi xidmətini davam etdirmişdir. 1981–1982-ci illərdə Naxçıvan şüşə Qablar Zavodunda, 1982–1992-ci illərdə isə Vayxır Su-Tikinti İdarəsində fəhlə içləmişdir. İstehsalda çalışmaqla yanaşı, o, təhsilini də davam etdirməyi unutmamışdır. 1982–1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix–filologiya fakültəsində təhsil almışdır. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır. Baş leytenant Əmiraslan Əliyev xidmət etdiyi hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri fərmanla təltif edilmişdir.

Əmiraslan Əliyev 17 mart 1995-ci ildə Mart hadisələri zamanı Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında XTPD-nin komandiri Rövşən Cavadovu yaralayaraq sonra həlak olmuşdur.

Remove ads

Ailəsi

Ailəli idi. Üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Resrublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Əliyev Əmiraslan Rza oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

"N" saylı sərhəd zastavasında qəhrəmanın xatirə otağı açılmış və büstü qoyulmuşdur. "N" saylı sərhəd məntəqəsinə Ə. Əliyevin adı verilmişdir.

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads