1870
İl From Wikipedia, the free encyclopedia
Remove ads
Remove ads
Hadisələr
- 2 yanvar - III Napoleon tərəfindən deputat Emil Olivyenin Fransanın Baş Naziri təyin edilməsi.
- 10 yanvar - ABŞ-də Con Rokfellerin başçılıq etdiyi Standart Oyl trestinin yaradılması haqqında aktın təsdiq olunması.
- 17 fevral - Böyük Britaniya parlamenti tərəfindən 5 yaşdan 12 yaşadək uşaqların icbari qaydada məktəbə getməsi barədə qanun layihəsinin qəbul edilməsi.
- 22 fevral - Meksikanın şimalındakı üsyanın yatırılması.
- 20 mart - Venesuela prezidenti Xose Ruperto Monasasın hakimiyyətdən devrilməsi.
- 8 may - Fransada keçirilən plebisitlə yeni Konstitusiyanın təsdiq edilməsi.
- 17 may - Argentinada Mərkəzi Argentina dəmiryol xəttinin açılması.
- 21 may - Fransada İkinci İmperiyanın yeni Konstitusiyasının qüvvəyə minməsi.
- 1 iyun - ABŞ-də əhalinin siyahıya alınması.
- 26 iyun - Kolumbiya və ABŞ arasında Panama tikintisi haqqında müqaviənin imzalanması.
- 19 iyul - Fransa - Prussiya müharibəsinin başlanması.
- 31 iyul - Yeni Zelandiyada Britaniya ordusu tərəfindən maori tayfasının üçüncü üsyanının yatırılması.
- 1 avqust - Böyük Btitaniyada İrlandiya üçün torpaq qanununun qəbul edilməsi.
- 9 avqust - Böyük Btitaniyada ibtidai təhsil haqqında qanunun qəbul edilməsi.
- 11 avqust - Fransada yenidən Milli qvardiyanın yenidən yaradılması.
- 2 sentyabr - Sedan ətrafında Fransa ordusu ağır məğlubiyyətə uğradı.
- 4 sentyabr - Fransada II İmperiya dövrünə son qoyuldu.
- sentyabr - İtaliya könüllüləri və kral ordusu Romaya daxil oldu, Papa vilayəti İtaliya krallığına birləşdirildi.
- Abxaziyada təhkimçilik hüququ ləğv edildi.
- Rusiyada şəhər özünüidarə islahatının keçirilməsi.
- Rusiya imperatoru II Aleksandr tərəfindən "Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları "ali müsəlman silki"ndən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq quruluşu haqqında Əsasnamə"nin imzalanması.
- İrəvan quberniyasının tərkibində Şərur-Dərələyəz və Naxçıvan qəzalarının yaradılması.
- Bakıda incilçi lüteran icmasının yaradılması.
Remove ads
Doğumlar
- 14 aprel – Nəriman Nərimanov.
- 22 aprel – Vladimir Lenin
- 17 may – Əbdürrəhim bəy Haqverdiyev.
- 1 iyun – Selesten Buqle
- 12 dekabr – Edqar Bloşe, fransız şərqşünası.
- Həmdulla əfəndi Əfəndizadə – ictimai-siyasi və hərbi xadim.
Vəfatlar
- Görkəmli şərqşünas Məhəmməd Əli Mirzə Kazımbəy.
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads