2002
İl From Wikipedia, the free encyclopedia
Remove ads
Remove ads
Hadisələr
- 1 yanvar – Avropa Birliyinin pul vahidi olan avro nağd əskinaslar şəklində Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır.
- Fevral – ABŞ-nin Solt-Leyk-Siti şəhərində XIX Qış Olimpiya Oyunları oyunları keçirildi. Azərbaycanı burada 1 azərbaycanlı, 1 amerikalı və 2 rus idmançı təmsil edilsə də, onların heç biri medal qazana bilmədilər.
- 28 yanvar - ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar
yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması
- 30 mart - ABŞ-nin Azərbaycana silah satışı üzərinə qoyduğu qadağanın ləğv olunması.
- 11 aprel - Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında hərbi əməkdaşlıq barədə protokol imzalanması
- 22-23 may - Roma katolik kilsəsinin başçısı papa İoann II Pavelin Bakıda rəsmi səfərdə olması.
- 9 iyun - Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı
- 2 iyul - Azərbaycan Respublikasının ilk Ombudsmanının (İnsan Hüquqları Müvəkkilinin) seçilməsi.
- 7 avqust - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması.
- 18 sentyabr – Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təməlinin qoyulması.
- Azərbaycan Respublikasının Abidələrin Bərpası Konserbasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunması.
- Azərbaycan Respublikasının "Havanın böyük məsafələrdə transsərhəd çirkləndirilməsi üzrə" Beynəlxalq Konvensiyaya qoşulması.
- 22 oktyabr — "Merkuri-2" bərəsinin qəzaya uğraması
- 18 noyabr - Azərbaycan Respublikasının Praqa Sammitində NATO Parlament Azzambleyasının assosiativ üzvlüyünə qəbul olunması.
- "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi.
Remove ads
Doğumlar
Vəfatlar
- 10 dekabr – Məmməd Cavadov – Azərbaycan bəstəkarı.
- 12 dekabr - Nikolay Amosov - Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü (1961).
- 21 sentyabr - Ancelo Buono - amerikalı seriyalı qatil, oğru, təcavüzkar.
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads