200 manatlıq əsginas

From Wikipedia, the free encyclopedia

200 manatlıq əsginas
Remove ads

200 manatlıq əsginasAzərbaycanda buraxılan milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır.[1][2] 200 manat 20000 qəpiyə bərabərdir.

Cəld faktlar Ölkə, Dəyər ...
Remove ads

Tarixi

Əsginasın buraxılması haqqında qanun nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Yeni əsginasın buraxılması haqqında ilk fikirlər hələ 2017-ci ildə səsləndirilmişdi.[3] Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti olan "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçilmişdir. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı Giesecke+Devrient şirkətində istehsal olunmuşdur.[1] 200 manatlıq əsginas 2018-ci ilin 24 mayından dövriyyədədir.[4] Bu əsginasa qədər Azərbaycanda işlədilən ən böyük nominala malik əsginas 100 manatlıq əsginas olmuşdur. Dövriyyəyə 200.000.000 milyon manat çap edilib.[1]

Remove ads

Mövzusu

200 manatlıq əsginaslar müasir memarlıq mövzusuna həsr olunmuşdur.[4]

Təsviri

Əsginasın əsas rəngi göydür. Ön tərəfində 2012-ci ildə tikilmiş Heydər Əliyev Mərkəzinin təsviri yer alıb. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.[1]

Thumb
200 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads