40-cı qapı (film, 2009)

film, 2009 From Wikipedia, the free encyclopedia

40-cı qapı (film, 2009)
Remove ads

40-cı qapı — filmi rejissor Elçin Musaoğlu[1] tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"da istehsal edilmişdir. Film 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Filmdə əsas rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira ŞabanovaRafiq Əzimov ifa edirlər.

Cəld faktlar Janr, Rejissor ...
Remove ads

Məzmun

Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 90-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir.[2]

Remove ads

Festivallar və mükafatlar

  • 2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalında film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdür.[3]
  • 2009-cu ildə 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalında "Ən parlaq debüt"mükafatını almışdır.[4]
  • 2009-cu ildə 19-cu Beynəlxalq Cottbus Film Festivalında "The International Film Guide Inspiration Award" və "Prize of the Ecumenical Jury with a Special Mention" mükafatlarını alıb.[4]
  • 2009-cu ildə Monteneqro TV və Film Festivalında "The award for best photography", "The award for best directing" və "Silver olive" mükafatlarını alıb.[4]
  • 2010-cu ildə Tiburon Beynəlxalq Film Festivalında (ABŞ) "Federico Fellini Award" mükafatını alıb.[5]
  • 2010-cu ildə Eurasia IFF (Qazağıstan) festivalında "Award Jury NETPAC" mükafatını alıb.[6]
  • 2010-cu ildə New York Eurasia Film Festivalında "Award Best Screenplay" mükafatını alıb.[7]
Remove ads

Filmin üzərində işləyənlər

Ssenari müəllifi: Elçin Musaoğlu
Rejissor: Elçin Musaoğlu
Operator: Abdulrəhim Beşarat
Prodüser: Xaqani Savalan, Elçin Musaoğlu
Rəssam: Elxan Nəbiyev
Bəstəkar: N. Faiq

Rollarda

Həsən Səfərov — Rüstəm
Rövşən Ağayev — Edik
Gülər Nəbiyeva — Leyla
Elmira Şabanova — Fatma xala
Rafiq Əzimov — Sabir dayı
Adil Zeynalov — Surxay
Özal Muradov — Elşən
Kənan Fərəcullayev — İlqar
Fərid Tahirov — Əhməd
Tural Məmmədov — Ramiz

İstinadlar

Mənbə

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads