Ağasəlim Mircavadov
Azərbaycan-sovet futbolçusu və məşqçisi From Wikipedia, the free encyclopedia
Remove ads
Ağasəlim Mircavadov (11 aprel 1947 və ya 22 oktyabr 1947, Bakı) – Azərbaycanın futbol mütəxəssisi.
Remove ads
Həyatı
Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. Neftçi Bakı klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib.
Sovet dönəmində bir neçə dəfə Neftçi Bakı komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb.
1991–1996-cı illər aralığında Ağdamın Qarabağ klubuna rəhbərlik edib. 1993–1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, Qarabağ, Neftçi, Xəzər-Lənkəran klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə Neftçi və Xəzər-Lənkəran klubuna MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandırıb.
2008-ci ilin may ayında Şöhrət ordeninə layiq görülüb. 2018-ci ilin dekabr ayında Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Remove ads
Həmçinin bax
Seyid nəslindəndir.
Tanınmış "cayl" kriminal ailəmdə böyük nüfüsa sahib olmuş Azər mircavadovun "Miri" əmisidir.
Nailiyyətlər
Azərbaycan çempionatı
Cempion (5):1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007
2-ci yer (3):1993/1994, 1998/1999, 2010/2011
3-cu yer (1):2005/2006
Azərbaycan kuboku
Qalib (4):1993, 2006/2007, 2007/2008, 2010/2011
Finalçı (3):1995/1996, 1998/1999, 2009/2010
Azərbaycan Superkuboku
Qalib (1):1994
Qalib (2):2005, 2008
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads