Aşıq Bəhmən Göyçəli
aşıq, şair From Wikipedia, the free encyclopedia
Remove ads
Aşıq Bəhmən Göyçəli (tam adı: Bəhmən İbrahim oğlu Qarayev; 1 may 1901, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 13 noyabr 1976, Nərimanlı, Vardenis rayonu) — ustad aşıq, şair.
Remove ads
Həyatı
Aşıq Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub.[1]. Uşaq yaşlarından atasını itirən Bəhmən Göyçəli ağır güzəran keçirmişdir.[2] İbtidai təhsilini mollaxanada almış, sonralar savadsızlığı ləğv etmə kurslarında oxumuşdur. Doğma kəndində sovet sədri, kolxozda briqadir, sıravi kolxozçu olmuşdur.[3]
Gənclik dövründən el arasında aşıq-şair kimi tanınmış, toy-düyünlərə dəvət olunmuşdur. Gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı, təcnis və digər janrlarda yaratdığı şeirləri dillər əzbəri olmuşdur. "Kirpi", "Sovet Ermənistanı", "Azərbaycan gəncləri" və s. dövri mətbuat səhifələrində qoşmaları çap edilmişdir. Bir çox aşıq havası və dastan yaratsa da zəngin ədəbi irsi dərindən öyrənilməmişdir. Ədəbiyyat tarixində həm şair, həm də ustad aşıq kimi tanınan Bəhmən Göyçəlinin işıq üzü görən "Vətən, küsmə məndən" kitabında zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divanisi, 14 müxtəlif şeiri, Aşıq Alının, Xəstə Qasımın, Növrəs İmanın qıfılbəndlərini açması, 17 deyişməsi, 1 meracnaməsi, "Əfqan və Tufan", "Bəhmən və Humay" dastanları toplanıb çap olunmuşdur.[3] Bundan başqa "Əfqan və Tufan" adlı dastanı da məşhurdur.
1996-cı ildə Bakıda anadan olmasının 95 illiyi qeyd edilmişdir.
Remove ads
Ölümü
1976-cı il noyabrın 13-də vəfat etmiş, Nərimanlı kənd qəbiristanlığında dəfn olunmuşdur.
Kitabları
- "Vətən, küsmə məndən" (şeirlər, təcnislər, gəraylılar, dəyişmələr, dastanlar). tərt. ed. və topl. Q. Bəhmən oğlu. Bakı: Elm, 1994, 130 s.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads