Aşıq Qərib

aşıq, şair From Wikipedia, the free encyclopedia

Remove ads

Aşıq Qərib (XVI əsrXVII əsr) — aşıq, şair

Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...

Həyatı

Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir.

Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblə evlənmək üçün külli miqdarda mal-dövlət istəyirlər. Qərib sevgilisinə çatmaq üçün uzun zaman qürbətdə yaşayır.

Aşıq Qəribin yaradıcılığı əsasən dastanlar, xalq rəvayətləri antologiyalarında yer almışdır.

Remove ads

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads