Abunəçi
From Wikipedia, the free encyclopedia
Remove ads
Abunəçi və ya abonent (fr. abonnement, abonner - imzalama, qolçəkmə) — hər-hansı mühəndis-kommunikasiya sistemləri, yaxud digər şəbəkələr varisəsi ilə müvafiq müqavilə (abunə) bağlamaqla mütəmadi olaraq xidmətləri alan şəxs.
Azərbaycan Respublikasının qanunvericilik aktlarında "abonent" və ya "abunəçi" termini aşağıdakı kimi müəyyən edilib:
- Abonent [elektroenergetika] – elektrik qurğuları enerjitəchizatı müəssisəsinin elektrik şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı[1].
- Abonent [istilik energetikası] – enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmuş, istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləni (bundan sonra – müqavilə) enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı[2].
- telekommunikasiya xidməti abunəçisi (bundan sonra - abunəçi) operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs[3]
Rabitədə abonementdən istifadə etmək hüququ olan müəssisə, təşkilat və ya şəxs; rabitə qovşaqlarında sexin böyük qurğu və cihazları olan sahəsi.
İnformatikada hesablama sisteminin xidmətindən istifadə etmək hüququ olan şəxs, təşkilat və ya müəssisələr. Aktiv, videomətn və verilənlərin teleemalı Abonenti olur. Aktiv Abonentin verilmiş anda EHM ilə əlaqəsi olur. Videomətn Abonenti videomətn xidmətinin imkanlarından həmin sistemin terminalı vasitəsilə istifadə edir. Verilənlərin teleemalı Abonenti teleemal sisteminin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
Remove ads
Həmçinin bax:
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads