Arif Hüseynov (rəssam)
Azərbaycan rəssamı From Wikipedia, the free encyclopedia
Remove ads
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
Remove ads
Həyatı
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
Remove ads
Yaradıcılığı
1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.
"Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev.[1]
Remove ads
Fərdi sərgiləri
- 1984 — "100 illüstrasiya", Baku-Moskva
- 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya
- 2009 — Galerie Berlin-Baku, Berlin
- 2012 — "Azərbaycan Nağılı" Bakı
- 2012 — M. Ə. Sabir "Hophopnamə" Bakı
Sərgiləri
- 1977 — "BAM" sərgisi, Bakı-Moskva;
- 1980 — Qrafika sərgisi, Bakı
- 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa
- 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi
- 2007 — Çank Art, Ankara
- 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı
Mükafatları
- 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı
- 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı
- 2006 — Azərbaycan Respublikasının xalq rəssamı
- 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- 2023 — "Şöhrət" ordeni[2]
Xatirəsi
2015-ci ildə Azərbaycan televiziyasında istehsal olunmuş Arif Hüseynov. Taleyimin cizgiləri adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Ədəbiyyat
- Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads