Axtarma-Paşalı palçıq vulkanı

From Wikipedia, the free encyclopedia

Remove ads

Axtarma-PaşalıAzərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı.[1]

Cəld faktlar Ümumi məlumatlar, Son püskürmə ...

Haqqında

Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmur. Vulkanın krater sahəsi 10 kv. km-ə yaxındır. Vulkanın krater sahəsində bir-birindən aralı bir neçə vulkan sahəsi ayrılır. Hər dəfə hansısa ayrılan vulkan sahəsindən püskürmə olur. Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Tullantıların hamısına neft hopub. Yanar şistlərə də rast gəlinir.[1][2]

Remove ads

Püskürmə

Vulkan ilk dəfə 1948-ci ildə püskürüb.[1][2]

1 aprel 2013-cü ildə püskürüb.[2]

2016-cı il yanvarın 25-dən 26-a keçən gecə püskürüb.[3][4][5][6][7][8]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads