Aytəkin Alxaslı

Azərbaycan reportyoru From Wikipedia, the free encyclopedia

Remove ads

Aytəkin Kamil qızı Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri

Cəld faktlar Doğum yeri, Təhsili ...

Həyatı

Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib[1].

1987-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib.

Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib.

ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib.

Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə "100 illik" medalı ilə təltif olunub.[2]

2020-ci ildə Tərəqqi medalı ilə təltif olunub.[3]

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads