Ali Sovet (Azərbaycan)

Azərbaycanın ali qanunverici orqanı (1938–1991) From Wikipedia, the free encyclopedia

Remove ads

Azərbaycan Ali Soveti — 1937–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ilədək Azərbaycan SSR Ali Soveti, 1991-ci ildən isə Azərbaycan Respublikasının Ali Soveti adlandırılmışdır. 1995-ci ildə ləğv edilərək səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və yeni yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür.

Cəld faktlar Azərbaycan SSR Ali Soveti, Ümumi məlumatlar ...
Remove ads

Haqqında

Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir.

Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır.

Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər.

Remove ads

Çağırışlar

Thumb
Azərbaycan SSR Ali Sovetinin iclası (1964)

Rəhbərlər

1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.

Əlavə məlumat Çağırış, Vəzifə adı ...

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads