Ali Sovet (Azərbaycan)
Azərbaycanın ali qanunverici orqanı (1938–1991) From Wikipedia, the free encyclopedia
Remove ads
Azərbaycan Ali Soveti — 1937–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ilədək Azərbaycan SSR Ali Soveti, 1991-ci ildən isə Azərbaycan Respublikasının Ali Soveti adlandırılmışdır. 1995-ci ildə ləğv edilərək səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və yeni yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Remove ads
Haqqında
Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir.
Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır.
Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər.
Remove ads
Çağırışlar

- I çağırış (1938–1946)
- II çağırış (1947–1950)
- III çağırış (1951–1954)
- IV çağırış (1955–1959)
- V çağırış (1959–1962)
- VI çağırış (1963–1966)
- VII çağırış (1967–1970)
- VIII çağırış (1971–1975)
- IX çağırış (1975–1979)
- X çağırış (1980–1984)
- XI çağırış (1985–1990)
- XII çağırış (1991)
- Ali Sovetin Milli Şurası (1991–1995)
Rəhbərlər
1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads