Azərbaycan ixtiraları və kəşfləri
From Wikipedia, the free encyclopedia
Remove ads
Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir.
Qafqaz Alban mədəniyyəti
- Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar.[1] Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir.
- Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir.[2] Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir.[3]
Remove ads
Musiqi
- Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.[4]
- Muğam. Mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı.[5] Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.[6]
- Muğam operası. İlk nümunəsi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" muğam operasıdır.
- Simfonik muğam. 1948-ci ildə Fikrət Əmirov simfonik muğam janrını yaratdı. O, 3 simfonik muğamın: "Şur", "Kürd-ovşarı" və "Gülüstani Bayatı-Şiraz"ın müəllifidir.
- Caz-muğam. Vaqif Mustafazadə Azərbaycan milli musiqisi ilə caz elementlərini sintez edərək yeni musiqi janrı — caz-muğamı yaratmışdır.
- Rədif-dəstgah sistemi. Etnoqraflar tərəfindən farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir.[7][8]
- Balaban. Balabanın ilk nümunəsi Mingəçevir qədim yaşayış məskənində tapılıb.[9] Sümükdən hazırlanmış eramızdan əvvəl I əsrə aid olan bu nəfəsli musiqi aləti balabanın ilk prototipi hesab olunur.[9][10]
- Laqqutu. Müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir.
- Meyxana. Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı.[11]
- Azərbaycan tarı. 1875-ci ildə Mirzə Sadıq (Sadıqcan) tərəfindən Səfiəddin Urməvi və Mir Möhsün Nəvvabın nəzəri bilikləri istifadə edilərək yaradılmışdır.[12][13] Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar olmuşdur.[14]
Remove ads
İncəsənət
- Kəlağayı. İpək sapdan toxunmuş dördkünc formalı ənəvi Azərbaycan qadın baş örtüyü.[15]
- Şəbəkə sənəti. Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.[16]
- Tuğrayi‐şahi xətt növü. Ətiq Ordubadi tərəfindən ixtira edilmişdir.
Dil və ədəbiyyat
- Tuyuq. Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi də başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Cığatay və Osmanlı ədəbiyyatlarına keçmişdi.[17]
- Sayaçılıq. Azərbaycan sayaçılığın əsil vətənidir.[18]
- Fars işarət dili. Cabbar Əsgərzadə tərəfindən.
Kulinariya

- Çığırtma. Yumurtalı Azərbaycan yeməyidir. Adı yeməyin isti yağda pişərkən çıxartdığı səsə görə verilib. Növlərinə toyuq, lobya, badımcan, qiymə, ispanaq və Gəncə çığırtması daxildir.
- Çoban salatı. Mənbəyi Azərbaycan və Türkiyə mətbəxidir.[19][20][21][22]
- Dolma. Azərbaycanda keçirilən Dolma festivalında Azərbaycanın 40 regionundan 300-dən çox dolma növü təqdim edilmişdir.[23][24]
- Dovğa. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər.
- Döymənc. Azərbaycanın şimal-qərb bölgələrində hazırlanan məzə.
- Gürzə. Xəmirdən hazırlanan ət xörəklərindəndir. Əsasən çəkilmiş qoyun ətindən hazırlanır. Tərkibi zövqə görə ədvalarla zənginləşdirilə bilər. Gürzə əsasən qış aylarında hazırlanan xörəklər sırasına daxil edilir.
- Qoğal. Şirin qoğal və şor qoğal növləri var.
- Plov. Azərbaycanda plovun qırxdan çox növü var:[25] Badam plov, Cücə plov, Çoban-aşı, Çəkmə plov, Kişmiş plov, Şabalıdlı plov, Şeşəndaz plov, Şüyüd plov, Əvəlik plov, Mərci plov, Meyvə plov, Paxla plov, Toyuq plov, Çığırtma plov, Qır-qır plov, Qiymə plov, Xam-döşəmə plov, Səbzi-qovurma plov, Tər-çilov plov, Turşu-qovurma plov, Ov quşu ilə plov, Ali müsəmbə plov, Şirin plov, Lobya-çilov plov, Fisincan plov, Südlü plov, Kükü plov, Qiymə-çığırtma plov, Yarma plov.[24]
- Şəkərbura. Xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir.
- Badambura. Yoğrulmuş xəmir kündə lənir, yayılır, qat-qat yağlanır və kiçik da irələrə bölünür; hər dairənin arasına hil qatılmış iç (xırdalanmış badam və şəkər tozundan ibarət) qoyulur və kənarları bükülür. Fırında bişdikdən sonra üstünə şəkər tozü səpilir.
Remove ads
Oyunlar və idman
- Azərbaycansayağı künc zərbəsi. 1994-cü ildə futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur.
- Proqressiv şahmat. 2013-cü ildə şahmat əsasında yaranan altı nəfərlik rəngarəng intelektual oyun.[26]
Remove ads
Elm və texnologiya
- TRİZ (İxtira məsələlərinin həlli nəzəriyyəsi). Genrix Altşuller və həmkarları tərəfindən.
Astronomiya və kosmonavtika

- Hacıbəy Sultanov Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Asteroidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslandırmışdır.[27]
- İlk süni peyk Sputnik-1. Kərim Kərimov həmtəsisçisidir.
- İlk pilotlu kosmik uçuş proqramı Vostok 1. Kərim Kərimov həmtəsisçisidir.
- İlk kosmik dok Kosmos 186 və Kosmos 188 (kosmik gəmilərin təmir yeri). Kərim Kərimov həmtəsisçisidir.
- İlk kosmik stansiyalar olan Salyut və Mir. Kərim Kərimov həmtəsisçisidir.[28][29]
Biologiya
- Camışçılıq elmi. 1932-ci ildə Ağaxan Ağabəyli tərəfindən əsası qoyulmuşdur.[30][31][32]
- Bəşirov metodu. Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur.[33] Bu metodun yaradıcısı akademik Eyyub Bəşirovdur.[33]
Fizika
- Lev Landaunun kəşfləri. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsidir. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
- Qaz lazer. Əli Cavan və Uilyam Benet tərəfindən.
- Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsi. Əli Cavan Uilyam Bennet və C. Lembornla birlikdə kəşf etmişdir.
- Mod kəsişmələrinin effekti nəzəriyyəsi. 1966-cı ildə Əli Cavan tərəfindən yaradılmış, 1969-cu ildə müşahidə edilmişdir.
Kimya
- Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi. Şıxbala Əliyev tərəfindən.
- Selendəki anormallıqların idarə edilməsi. Həsən Abdullayev tərəfindən.
Riyaziyyat və məntiq
- Qeyri-səlis məntiq. Riyaziyyatın bir bölməsi olub, klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüşdür. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər [0;1] intervalında olur.[34]
- Qeyri-səlis çoxluq. Çoxluq anlayışının element olmanın qiymətləndirilməsinə söykənən ümumiləşdirmədir.
- Rasizadə alqoritmi. Rifahı xammal ixracından asılı olan dövlətlərdə sənayesizləşmə, yoxsullaşma, deqradasiya və həyat səviyyəsinin aşağı düşməsi prosesində hadisələrin təbii ardıcıllığını izah edən tipoloji model.[35]
Tibb
- Xarici fiksə aparatı. 1936-cı ildə Rəhim Əlizadə tərəfindən dünyada ilk dəfə sınıqların müalicəsində xarici fiksasiyası prinsiplərinə əsaslanan funksional müalicə üsulu yaradılmışdır.[36]
- İlizarov aparatı. Qavril İlizarov tərəfindən əza sümüklərinin uzadılması üçün kəşf edilmişdir.
Kənd təsərrüfatı texnologiyası
- Enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi. Ziyad Abbasov tərəfindən yaradılan bu ixtira SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.
Neft sənayesi

- Neft quyusu. 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən.[37][etibarsız mənbə?]
- İlk müasir neft quyusu. 1848-ci ildə Bibiheybətdə.[38]
- İlk müasir neft tankeri. 1887–1885-ci illərdə. Ludviq Nobelin bunda rolu olmuşdur.[39]
- Neft Daşları. 1949-cu ildə dünyada ilk dəniz neft platforması.[40]
- Eyyub Mehdiyevin ixtiraları: uzun vuruşlu sualtı nasoslar üçün kaçalka, hermetik fırlanma qazması üçün cihaz, preventor-tıxac, məhlula ağırlaşdırıcı agentin əlavə edilməsi cihazı və s.
Silah texnologiyası
- İstiqlal (snayper tüfəngi). Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngi.[41]
- Yalquzaq (snayper tüfəngi)[42]
- Zərbə (Pilotsuz uçuş aparatı). "Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.[43]
- Tufan (MRAP). Minaya davamlı zirehli nəqliyyat vasitəsi.[44]
Televiziya və informasiya texnologiyası
- Rəngli televizor. Hovannes Adamyan tərəfindən.
- Superkompüter. Boris Babayan tərəfindən.
Enerji
- "Rainergy" qurğusu. Reyhan Camalova tərəfindən.[45]
Remove ads
Qeyri-dəqiq məlumatlar
Silah texnologiyası
- Tektonik silah. Bəzi mənbələrdə ixtiraçısı olaraq İkram Kərimov göstərilir.[46][47][48][49]
İstinadlar
Ədəbiyyat
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads