Azərbaycan yepiskopluğu

From Wikipedia, the free encyclopedia

Remove ads

Azərbaycan yepiskopluğu — Müxtəlif vaxtlarda Nestorian kilsəsininXaldey katolik kilsələrinin Atropatena ərazisinə müvafiq gələn tarixi inzibati ərazisi. Araz çayından müasir İraqın Rəvandüz şəhərinəcən uzanan ərazidən ibarət idi. Mərkəzi Qazakada yerləşirdi. 410-cu ildə bu yepiskopluğun heç bir üst quruma tabe olmadığı göstərilir, lakin VIII əsrdə artıq Adiabena mitropolitliyinin tərkibində göstərilir.[1]

Remove ads

Qədim Nestorian yepiskopları

  • Qazakalı Hoşea - 486-cı ildə patriarx Akatsinin sinoduna imza atanlar sırasında adı çəkilir. [2]
  • Yohannan - 544-cü ildə Mar Abanın sinoduna imza atanlar sırasında adı çəkilir.[3] 550-ci ildə Mar Abanın özü ilə görüşmüşdür. [2]
  • Melçisedek - 544-cü ildə İosifin, 576-cı ildə İyezekielin sinoduna qoşulanlar sırasında adı çəkilir.[3]
  • Hxanişo - 605-ci ildə Qriqorinin seçən yepiskoplar arasında adı çəkilir.[3]
Remove ads

Orta əsrlər

Yuxarıdaki tarixlərdən sonra haqqında məlumat olmayan yepiskopluq yenidən sənədlərdə 1074-cü ildə Urmiyada ortaya çıxır.[4] Kirakos Gəncəlinin məlumatına əsasən Monqol işğalından sonra Təbriz və Naxçıvanda kilsələrin tikintisinə yenidən başlanmışdı. Sonrakı dövrlərdə yepiskopların olduğu məlumdur, sənədlərdən birində Yohannan adlı bir yepiskopun adı çəkilir, 1111-ci ildə yaşadığı qeyd olunur.[5] O daha sonra adı bilinməyən başqa bir yepiskop tərəfindən 1132-ci ildə əvəz olunmuşdu. 1281-ci ildə III Yahballahanın seçilməsində Azərbaycan yepiskopu Yohannan və Salmaslı Yusif də iştirak etmişdi.[4] Bundan sonra mənbələr birdən çox yepiskopun mövcudluğunu və onların birdən çox patriarxa bağlılığını göstərir və hiyerarxiyanın pozulduğuna işarə edir. [5] 1686-cı ildə "Taron, Terqavar, Arn və Azərbaycan yepiskopu" Yohannan haqda qeyd mövcuddur.[6] 1734-cü ildə Mosullu Xızır başqa bir Yohannan adlı yepiskopun adı çəkir.[5]

Remove ads

Xaldey Katolik kilsəsi yepiskopları

1780-ci ildə Xaldey Katolik kilsəsinin qurulmasından sonra ilk patriarx olan VIII Yohannan Hörmüzd 1836-cı ildə Nikolas Zayanı Azərbaycan yepiskopu təyin etmişdi. Nikolas Zaya özü Salmasın Xosrovabad kəndində anadan olub.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads