Bəşir Səfəroğlu (film, 1969)

From Wikipedia, the free encyclopedia

Remove ads

Bəşir Səfəroğlu qısametrajlı bədii-sənədli televiziya filmi rejissor Rauf Kazımovski tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziya Studiyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.

Cəld faktlar Janr, Rejissor ...
Remove ads

Məzmun

Film görkəmli teatr və kino aktyoru, respublikanın xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur. Burada Bəşir Səfəroğlunun iştirak etdiyi tamaşalardan və filmlərdən istifadə edilmişdir.[1]

Bəşir Səfəroğlu ...Azərbaycan operetta teatrının inkişafında böyük zəhmət çəkmiş bu gözəl sənətkarın xatirəsi tamaşaçıların qəlbində həmişə yaşayacaqdır. Bəşir Səfəroğlunun yaratdığı surətlərdən bir çoxu filmə daxil edilmişdir.[1]

Bəşir Səfəroğlu teatrı, həyatı, insanları sevirdi. Buna görə də televiziya filmində o, təkcə görkəmli bir aktyor kimi deyil, eyni zamanda gözəl insan, qayğıkeş ata, vəfalı dost kimi göstərilmişdir.[1]

Remove ads

Film haqqında

Bu filmin çəkilişinə hələ aktyorun sağ olduğu vaxtdan başlanmışdır.[1] Ağır xəstəlik keçirən aktyor filmdən bir müddət sonra həyata gözlərini əbədi yummuşdur.

İstinadlar

Mənbə

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads