Bəhmən Vətənoğlu

From Wikipedia, the free encyclopedia

Bəhmən Vətənoğlu
Remove ads

Abbasov Bəhmən Kalış oğlu (Bəhmən Vətənoğlu) (31 dekabr 1932, Seyidlər, Kəlbəcər rayonu30 sentyabr 2004, Gəncə) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).[1]

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Remove ads

Həyatı

Bəhmən Vətənoğlu 1932-ci il[2] dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir. 1998-ci ildən AYB-nin üzvüdür. "Haqqa qardaş yaranmışam" (1985), "Allahsız dünya" (1992) "Vətən bizi bağışlamaz" (1995), "Qaldı ürəyimdə dağı dağların" (1997) şeir topluları nəşr olunmuşdur.Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da beyninə qan sızaraq vəfat etmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpaqa tapşırılmışdır.

Remove ads

Əsərləri

  • "Haqqa qardaş yaranmışam" (1985),
  • "Allahsız dünya" (1992)
  • "Vətən bizi bağışlamaz" (1995),
  • "Qaldı ürəyimdə dağı dağların" (1997)
  • "Nə yaman aldatdın Bəhməni, dünya"
  • Bir ömürün bir ili
  • İnsanam insana yazığım gəlir
  • Allahsız dünyaya gül vətənoğlu
  • Ömrün yetmişindən yüzünə doğru
  • Bəlkə bir də bitdim ək məni dünya

Mənbə

  • Əli Uluxanlı. "Murovun başında qəbrim olaydı" (məqalə), Dünya qəzeti. 28 yanvar 2011-cu il. № 32-33, səh.15.
  • Zakir Şəhriyaz, "Bəhmən həsrətiynən, Bəhmən eşqiynən", Bütöv Azərbaycan qəzeti, №42(174), 5-11 dekabr 2012-ci il. səh.7.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads