Baş Qərvənd

Ağdam rayonunda kənd From Wikipedia, the free encyclopedia

Remove ads

Baş QərvəndAzərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[2]

Cəld faktlar Ölkə, Region ...

Bu Kəndin aid olduğu Qərvənd kənd inzibati ərazi dairəsinin 2 kəndi (Ayaq QərvəndOrta Qərvənd) "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[3] Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib.

Remove ads

Toponimika

Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır.[4]

Tarixi

Kənddə İlanlıtəpə adlanan eneolit dövrünə aid qədim yaşayış məskəninin izləri tapılıb[5].

Ə. Haqverdiyevin ən irihəcmli nəsr əsəri olan "Xortdanın cəhənnəm məktubları" povestində Kəkilbəylilərlə bağlı hissədə bu kənd barədə məlumat verilib.

Kənd Kəkilbəylilər (Ruisyada: Kəkilbəyov) sulalərisinin mülki olub. Sonuncu hakimi Bərham bəy Kəkilbəyli olub.

1994-cü il İşğal tarixinə qədər kənddə yerləşən bina Bəylik binası idi. 2020-ci ildə kənd işğaldan azad olunandan sonra həmin binanın qalıqları Müdafiə Nazirliyinin saytında nümayiş etdirilib (1:50 dəqiqə)[6].

Kənd Kəkilbəyli, İbadullu, Yeni Qərvənd nahiyələrindən ibarət idi.

1994-cü il işğal tarixinə qədər Azərbaycan Dəmil Yollarının "Çinar" stansiyası Baş qərvənd yaxınlığında yerləşir, dəmoiryolları isə kəndin içindən keçirdi.

1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

2020-ci il 20 noyabr tarixində Baş qərvənd kəndi işğaldan azad olunmuşdur[7].

2023-cü ildə inşa edilmiş Yeni Ağdam Yolu Baş Qərvənddən keçir.

27.12.2023-cü il tarixində verilən məlumata görə Ağdamın Baş Qərvənd kəndində birinci mərhələdə 851 ev tikiləcək[8].

Remove ads

Coğrafiyası

Baş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir.

İqtisadiyyatı

Sovetlər dönəmində Ağdam rayonu ərazisində ən böyük Kolxoz olan "Lenin" adına kolxoz Baş Qərvənddə yerləşib[9].

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads