Balxaş

From Wikipedia, the free encyclopedia

Balxaşmap
Remove ads

Balxaş gölü (köhnə türkcə. Terinğ köl; qaz. Balqaş Köli) —Cənub-Şərqi Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Su hövzəsi 413,000 km²-dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluğu 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 km-dir. Sahəsi 16.996 km²-dir. Ən dərin nöqtəsi 25,6 metr ikən, ortalama dərinlik 5,8 metrdir. Sahillərinin uzunluğu 2.385 km-dir. Dənizdən yüksəkliyi 341,4 metrdir.

Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...

Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır. Suyu şirindir. Şərq hissəsi nisbətən dar, sahilləri az girintili-çıxıntılıdır. Burada su bir qədər şordur. Balxaş gölünün şimal sahilləri hündür və sıldırımlı, cənub sahilləri alçaq və hamardır. Gölə İli çayı, Qaratal, Aksu, Lepsa və s. çaylar tökülür. Səhra iqlimi var. Orta temperatur iyulda təqribən 24°C, yanvarda isə -8°C-dir. Noyabrdan aprelin ortalarınadək donur. Suyun temperaturu dekabrda 0 °C, iyulda 28°C olur. İllik yağıntının miqdarı təqribən 180 mm-dir.

Balxaş gölünün heyvanlar aləmi az inkişaf etmişdir. Suf, marinka və xanı balığı tutulur. Çəki balığı, Aral nərəsi və s. yetişdirilir. Su quşları çoxdur. Bu, göl gəmiçiliyə yararlıdır. Burılbaytal və Burli-Tobe mühüm əhəmiyyət kəsb edən limanlarıdır. Balxaş şəhərindəki mədən-metallurgiya kombinatında gölün suyundan istifadə edilir.

Remove ads

Gölün tarixi

Göl uzun illər boyunca Çin hakimiyyətində idi. Çinin cənub-şərqdəki ən uc sərhədini təşkil edirdi. Lakin 1864-cü ildə çinlilərin "Haqsız andlaşma" dedikləri razılaşma ilə Balxaş gölü Rusiyaya verildi. SSRİ-nin dağılması ilə göl rəsmi olaraq Qazaxıstan sərhədləri içində qaldı.

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads