Boru

From Wikipedia, the free encyclopedia

Boru
Remove ads

Boru - uzun, içiboş, çox vaxt en kəsiyi sabit dairəvi olan sənaye məmulu olub, maye, məhlul, qaz, buxar və s. məhsulların nəqlində istifadə olunur.

Thumb
Dairəvi boru

Borular sənaye üsullarının tətbiqi ilə metalxəlitələrdən, üzvi materiallardan (plastmas, qatran), beton, keramika, şüşə, odun və onların kominasiyasından hazırlanırlar.

Tarixi haqqında

Qədimdə su təchizatı ağırlıq qüvvəsinin tətbiqi ilə həyata keçirilirdi. Su axını təşkil etmək üçün borulardan (qalay, aöac, bambuk) və ya kanallardan (gil, daş) istifadə olunurdu. İçi ovulmuş, üst hissəi metala bürünmüş ağaclar santexnika borusu kimi su təchizatının tərkib hissəsi sayılırdı: İngiltərədə 500 il öncə, ABŞ-də 1700-1800-cü illərdə ovulmuş ağac borular geniş yayılmışdır. Müasir santexnika boruları polad, mis və ya plastikdən, kanalizasiya boruları isə beton,polad, mis, plastik və ya çuqundan hazırlayırlar.

Remove ads

Təsnifatı

En kəsiyinə görə boruları dairəvi və profil olaraq iki qrupa bölürlər. Profil boruların kvadrat, düzbucaqlı, oval və s. növləri vardır.

Polad borular hazırlanma texnologiyasına görə fərqlənirlr:

  • elektrik-qaynaq olunmuş və spiral tikişli: bunlar suqaz nəqli, istilik sisitemləri və konstruksiya hissələri kimi tətbiq tapırlar.
  • tikişsiz borular: qaynaq tikişi və digər birləşməsi olmayanlar: yayma, döymə, pressləməçəkmə üsulları ilə hazırlanırlar.

Su və qaz nəqlində tətbiq olunan borularda korroziyanının qarşısnı almaq üçün borular daxildən və xaricdən sinklə örtülür.

Bundan əlavə şlanq - çevik borular mövcuddur. Çevik borular adi və gücləndirilmiş olurlar.

Remove ads

Əsas parametrləri

Boruların ölçüləri standartlaşdırlmışdır. Xarici diamteri əsas götürülərək borunun ölçüləri arasındakı nisbət cədvəl şəklində verilir. Borunun tətbiq sahəsindən asılı olaraq müxtəlif standartlar fəaliyyədədir. Aşağıda İSO standartına uyğun bir misal göstərilmişdir.

Əlavə məlumat Ölçülər DN/ISO, Borunun xarici diametri [mm] ...

İstinad

  • Mirələmov, H. Neftin və qazın boru kəmərləri ilə nəqli: dərslik /Bakı: [NQETLİ-nəşr], 2010. 505 s.
  • İsmayılov, Ə. Neft sənayesində boru kəmərlərinin və yeraltı metal avadanlıqların korroziyası və onunla mübarizə üsulları. Bakı: Azərnəşr, 1962. 152 s.
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads