Bozdağ silsiləsi
From Wikipedia, the free encyclopedia
Remove ads
Bozdağ silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başlayıb cənub-şərq istiqamətində Girdimançayadək davam edir. Uzunluğu təqribən 150 km, hündürlüyü təqribən 500 m-dir.
Remove ads
Geoloji quruluşu
Silsilə Mingəçevir su anbarının sağ sahili ilə qərbdən şərqə uzanır. O, Mingəçevir şəhərində Kür çayı tərəfindən kəsilərək, iki hissəyə ayrılmışdır. Bozdağ silsiləsinə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göy-çay tirəsi daxildir. Bozdağ silsiləsinin ən uca zirvəsi Babaeldağ ilə Qazanlı dağı arasında yerləşmiş 520 m-lik adsız zirvədir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından ibarətdir. Tikinti materialları var. Neft və qaz yataqları aşkar edilmişdir.
Remove ads
Coğrafiyası
Bozdağ silsiləsi Əlicançay, Türyançay, Göyçay və Dəvəbatançay çaylarının dərələri ilə kəsilmişdir. Dərə və yarğanlarla parçalanmış cənub yamacları dik və sıldırımlıdır. Qocaşen-Göyçay silsiləsindən cənubda, Girdimançayın cənub axınında Qaraməryəm tirəsi uzanır. Tirənin cənub yamacı çox, şimal yamacı isə az meyillidir. Ən uca zirvəsi Çərmədin dağıdır (350 m). Girdimançay aşağı axında beşə qədər qola ayrılaraq tirəni ayrı-ayrı hissələrə parçalayır.
Remove ads
Torpaq və bitki örtüyü
Silsilənin hər iki yamacında yararsız sahələr geniş yayılmışdır. Silsilədə (xüsusilə cənub yamacında) yararsız torpaq (bedlənd) sahələri çoxdur. İllik yağıntı təqrribən 450 mm-dir. Bitki örtüyü zəif inkişaf etmişdir. Yovşan, şoranotu, müxtəlif otlar, arid meşələrdə ardıc (arçan), yabanı püstə, nar, qaratikan və s. bitir. Yarımsəhra, quru çöl, arid meşə və kolluq landşaftı var. Bəzi yerlərindən qış otlağı kimi istifadə olunur. Şimal yamaclarında taxıl, üzüm, meyvə yetişdirilir. Arçandağda Türyançay Dövlət Təbiət Qoruğu yaradılmışdır.
İstinadlar
Mənbə
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads