Pusan

From Wikipedia, the free encyclopedia

Pusan
Remove ads

Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...

Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir.

Remove ads

Tarixi

Thumb
Gwangan Bridge
Thumb
Pusan at night

Hal-hazırkı Pusan şəhəri 2–4-cü əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir. Pokçxon-dong'dan çıxarılan məzarlar, Pusanın güclü şəxslər tərəfindən idarə olunduğunu və 4-cü əsrdə Pusan bölgəsində də mövcud olduğunu göstərir. Pokçxon-douğunu yerləri günümüzdə Dongnae-gu və Yeonje-gu hissələrini təşkil edən geniş bir əraziyə baxan bir silsilənin üzərində tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində Pokçxon-dongda 250-dən çox dəmir silah və külçə tapılmışdır.

XV əsrin əvvəllərindən etibarən Koreya hökuməti Pusan'ı Yaponiya ilə ticarət limanı kimi təyin etdi və onların yerləşməsinə icazə verdi. Ulsan və Cinxe'dəki digər Yaponların yerləşməsi daha sonra azaldılsada, 1592-ci ildə Yaponiyanın Koreyanı işğal etməsinə qədər Pusanda yerləşmələri davam etdi. Müharibədən sonra, 1607-ci ildə Yaponiya ilə yeni diplomatik əlaqələr quruldu və Pusanda yeni yapon qəsəbələri inşaa edildi. Yaponiyanların saldığı qəsəbələr, daha sonra Choryang'a köçürülməsinə baxmayaraq, 1876-cı ilə qədər mövcudluğunu davam etdirdi. 1876-cı ildə Pusan Ganghwa Müqaviləsi'nin şərtlərinə əsasən Koreyanın ilk beynəlxalq limanı oldu.

Thumb
Remove ads

Coğrafiyası

Thumb
View from Geumjeong Mountain.

Pusan, Koreya Yarımadasının Cənub-Şərqi hissəsində və bütün şəhərin inkişafını müəyyən edən sahilin üzərində yerləşir. Şəhər Yaponiyanın ən böyük 6 şəhərlərinə yaxın məsafədə yerləşir. Pusan-dan Tsushima adasına (Fukuoka şəhərinə) qədər olan məsafə təxminən 49,5 km (31 mil), Seul'a isə 314 km (195 mil) məsafədə yerləşir. Pusan şimal və qərbdə aşağı hündürlüklü dağlarla, cənub və şərq isə dənizlərlə əhatə olunmuşdur. Nakdong çayı deltası şəhərin qərb tərəfində şəhərin ən yüksək dağ Geumjeongsanda yerləşir. Cənubi Koreyanın ən uzun çayı olan Nakdong çayı qərbdən axır və Koreya körfəzinə tökülür. Koreyadakı Yeongnam adlı Cənub-şərq bölgəsi, Gyeongsang Vilayətləri və Pusan, Daegu və Ulsanın 3 böyük şəhərini əhatə edir və ümumi əhalisi 13 milyona yaxındır.

Remove ads

İqlimi

Koreya yarımadasının güneydoğusu ucunda yerləşən Pusan, rütubətli subtropik iqliminə malikdir olmaqla bərabərç çox yüksək və ya aşağı temperatur nadir hallarda təsadüf edilir. Qeydə alınan ən aşağı temperatur 13 yanvar 1915-ci ildə (−14.0 °C), ən yüksək temperatur 14 avqust 2016-cı ildə 37,3 °C dərəcə ilə qeydə alınmışdır. May-iyul ayları okean təsirindən daxili ərazilərə nəzərən daha soyuqdur. Avqust və Sentyabr ayları ümumiyyətlə isti və rütubətli olmaqla yanaşı adətən yağışlıdır.

İnzibati ərazi bölgüsü

1957-ci ildə Pusan altı gu (rayonlar) yaradılması ilə inzibati bölmə sistemi qəbul etdi: Pusanjin-gu, Dong-gu, Dongnae-gu, Jung-gu, Seo-gu və Yeongdo-gu. Günümüzdə Pusan on beş inzibati hissəyə bölünür.

Thumb
Administrative divisions
Əlavə məlumat İnzibati ərazi, Korean ...
Remove ads

İqtisadiyyatı

Thumb
Hanjin Heavy Industries

Pusan, dünyada beynəlxalq biznes və maliyyə mərkəzi kimi, həmçinin maşın, polad, gəmiqayırma və dəniz sənayesi, moda, turizm və ticarət sərgiləri ilə tanınır. Pusan limanı dünya iqtisadiyyatında daşınma və göndərmə ilə dünyanın ən güclü beşinci limanıdır. 1978-ci ildən Pusan, Jaseungdae, Shinsundae və Gamman daxil olmaqla üç konteyner limanı açılmışdır. Pusan, dünyanın ən böyük limanlarından birinə sahibdir və ildə 13,2 milyon TEU göndərmə konteynerini idarə edə bilir. Limana dünyanın hər yerindən gəmilər yan alır və ətraf ərazinin regional maliyyə mərkəzidir.

Pusan, Renault Samsung Motors, Hanjin Heavy Industries, Pusan Bank, Air Pusan, Hi Investment & Securities, Woori Aviva Life Insurance, Korea Technology Finance Corporation, Korea Asset Management Corporation, Korea Housing-Finance Corporation, Korea Securities Depository, Korea Housing Guarantee Company, Korea Southern Power Company, BNK Financial Group şirkətlərinə ev sahibliyi edir. Jagalchi Fish Market, Koreyanın ən böyük balıq bazarıdır.

Pusan, 2011-ci ildən Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası (ICCA) tərəfindən Asiyanın ən böyük şəhərlərdəki şəhərləri arasında Sinqapur, Seul və Tokio sonra dördüncü ən yaxşı şəhərləri sırasındadır.

Alış-veriş və ticarət

Thumb
Seomyeon
Thumb
Jagalchi Market

Pusanın iki böyük mərkəzi iş yeri Seomyeon və Gwangbok-dong / Nampo-dongdur. Dörd əhəmiyyətli alış-veriş bölgəsi var: Seomyeon, Gwangbok-dong, Jangjeon-dongda Pusan Dae Hakap və Haeundae-gu da Centum City.

Seomyeon Pusan'ın kəsişməsidir. Yerli metro stansiyası iki xəttlə xidmət edir və şəhərin ən işlək yerlərindən biridir. Seomyeon metro stansiyası çox sayda yeraltı dükanına ev sahibliyi edir və burada əsasən geyim və ayaqqabı məhsulları satılır. Bunlar yerli istehsalı olan məhsullar satan kiçik butik mağazalardır. Koreya və beynəlxalq bankların yerli nümayəndəlikləri Seomyeon ərazisində yerləşir. Yüksək ticarət və əyləncəli bölgə olaraq tanınır. Seomyeon ərazisində "Seomyeon Medical Street" Lotte Department Store və Buam metro stansiyasının ətrafında 1 km radius aralığını əhatə edir. Küçə kosmetik cərrahiyyə, dermatologiya, oftalmologiya və stomatologiya sahəsində ixtisaslaşan 160 kosmetik və digər tibbi klinikaya ev sahibliyi edir.[3][4] Seomyeon'a birbaşa bitişik olan bölgə Bujeon Market, ən böyük ənənəvi bazardır. Burada ofisləri olan digər şirkətlər Yeolmae Food daxil olmaqla bir çox şirkətin ofisləri vardır.

Gwangbok-dong, Nampo-dong və Jungang-dong əraziləri köhnə mərkəzi iş yerləridir. Bu rayonda olan bəzi restoranlarda nəsillərdən keçən ailə reseptlərindən istifadə olunur. Bu sahədə Jagalchi Market böyük bir dəniz məhsulları bazarıdır. Gukje Market bu ərazidə yerləşir. Jungang-dong bir çox beynəlxalq hüquq ofislərinin, köhnə İmmiqrasiya İdarəsinin və Yapon yollarına xidmət edən beynəlxalq bərə terminallarına ev sahibliyi edir[3][4].[5]

Böyük ticarət mərkəzləri

Əlavə məlumat Store, Locations of Branch(es) in Pusan ...

Premium outlets

Əlavə məlumat Store, Location ...

Böyük endirimli mağazalar

Əlavə məlumat Store ...
Remove ads

Təhsil müəssisələri

Lisansüstü Universitetlər

Thumb
A panoramic view of PNU
Thumb
Korea Maritime University
  • Pusan University of Foreign Studies (BUFS)
  • Pusan Presbyterian University
  • Pusan National University of Education (BNUE)
  • Catholic University of Pusan
  • Tongmyong University
  • Dongseo University
  • Dong-A University
  • Dong-eui University
  • Inje University – Pusan Campus
  • Kosin University
  • Korea Maritime University
  • Kyungsung University
  • Pukyong National University (PKNU)
  • Pusan National University (PNU)
  • Silla University
  • Youngsan University

Digər ali təhsil müəssisələri

  • Pusan Arts College
  • Pusan College of Information Technology
  • Pusan Kyungsang College
  • Pusan Polytechnic College
  • Daedong College
  • Dong-Pusan College
  • Dongju College
  • Korea Institute of Maritime and Fisheries Technology
Remove ads

Mədəniyyət və Turizm məkanları

Thumb
Nurimaru APEC House
Thumb
Dadaepo Beach

Pusan yalnız antik və suvenir dükanlarının yanı sıra, eyni zamanda unikal restoranlar, turistik yerlər və yerləşmələrlə də məşhurdur.

Parklar, çimərliklər və digər önəmli yerlər

Pusan, bütün ölkədən gələn turistləri altı çimərliklə cəlb etdiyi üçün Koreyanın paytaxtı adlanır. Lüks otel və bir karnaval boardwalk line Haeundae da çimərlik. Gwangalli Plajı sahil boyunca kafe, bar və restoran və Grand Gwangan Körpüsü vardır. Digər çimərliklər şəhərin qərb tərəfində Dadaepo Beach və cənub-mərkəzi olan Songdo Beachdir.

Qərbi Geumjeongsanisə Pusan sakinləri üçün məşhur bir həftəsonu yürüyüş yeridir. Şimalda, Pusan ​​Milli Universitetinin (Koreya Respublikasının ən tanınmış ali təhsil müəssisələrindən biri olan PNU kimi tanınan) məhəllələri tələbə teatrları, kafe, bar və restoranlara, həmçinin açıq mədəniyyət meydanına Həftəsonu gecələri çıxışları ilə tanınır. Yaxınlıqda isə Beomeosa, şəhərin əsas Koreya Buddist məbədi yerləşir.

Yongdusan Parkı 69 min kvadrat metr / 17 hektar (7 hektar) ərazini tutur və Pusan Qülləsi, Yongdusan İncəsənət Qalereyası və Pusan Akvariumuna ev sahibliyi edir. Parkda, təxminən, yetmiş müxtəlif növ ağac mövcuddur və il ərzində müxtəlif mədəni tədbirlərlə, sevimli bir turizm obyektidir.

Dongnae-gu zəngin və ənənəvi yaşayış sahəsi. Dongnae Oncheon, ən çox hamam, turistik otel, restoran, klub və ticarət sahələri ilə təbii bir spa sahəsidir. Bölgədə bir çox restoran ailə reseptlərindən istifadə edir. Chungnyeolsa, Dongnae qalasında Yaponiyaya qarşı 16-cı əsr döyüşündə öldürülən əsgərlər üçün bir Confucian ibadətgahı yerləşir.

Taejongdae Yeongdo adasında açıq dənizin qarşısında möhtəşəm uçurumları olan təbii parkdır.

Haeundae Beach-də yerləşən Pusan Akvarium Cənubi Koreyanın ən böyük akvariumudur. Haedong Yonggung məbədi, Tanrıça Budası ilə əlaqədar üç müqəddəs yerdən biridir.

Məbədlər, dini və tarixi məkanlar

Thumb
Beomeosa Temple
Thumb
Haedong Yonggungsa Temple
  • Beomeosa Temple
  • Pusanjinjiseong Fortress (or Jaseongdae)
  • Cheonseongjinseong Fortress
  • Chungnyeolsa Shrine
  • Dongnaeeupseong Fortress
  • Dongnae Hyanggyo Confucian shrine-school
  • Dongnaebu Dongheon
  • Dongsam-dong Shell Mound
  • Fortress site of Jwasuyeong
  • Geumjeongsanseong Fortress
  • Haedongyonggungsa Temple
  • Janggwancheong
  • Gungwancheong
  • Songgongdan Altar
  • Jeongongdan Altar
  • Samgwangsa Temple
  • Tumuli in Pokçxon-dong, Dongnae
  • United Nations Memorial Cemetery[6]
  • Waeseong in Jukseong-ri, Gijang
  • Yeongdo Bridge
  • Yeonggadae Pavilion
  • Yungongdan Altar
Remove ads

Əhalisi

Əhalisi 4 milyona yaxın olmaqla Cənubi Koreyanın ən böyük ikinci şəhəri.

Mədəniyyəti

Şəhər dəniz yeməkləri və çimərlikləri ilə məşhurdur.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads