Cənnətül-müəlla
Məkkə şəhərində yerləşən məzarlıq From Wikipedia, the free encyclopedia
Remove ads
Cənnətül-müəlla (ərəb. جَنَّة ٱلْمُعَلَّاة; azərb. Uca Cənnət) — Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən qəbiristanlıq. Bura həmçinin "Mələt məzarlığı" (ərəb. مَقْبَرَة ٱلْمَعْلَاة) və ya "əl-Həcun" (ərəb. ٱلْحَجُوْن) da deyilir. Bir çox görkəmli şəxs burada dəfn edilmişdir. Bu yer Hərəmdən təxminən 2 km şimalda "Cin məscidi"nin yaxınlığında yerləşir.[1]
Remove ads
Tarixi
Məzarlığın tarixi İslamdan əvvələ gedib çıxır. Lakin İslamdan sonra bu qəbiristanlığın əhəmiyyəti daha da artmışır. Burada bir çox görkəmli İslam şəxsiyyətləri, o cümlədən Məhəmməd peyğəmbərin yaxınları və səhabələri dəfn edilmişdir. Burada bir çox görkəmli şəxslərin türbələri mövcud olub. Sultan Süleyman 1543–44-cü illərdə Xədicənin məzarının üzərində türbə dikdirmiş və ora türbədar təyin etdirmişdir. Övliya Çələbinin bildirdiyinə görə, Cənnətül-müəllada yetmiş beş ədəd günbəzli məzar var idi. Həmçinin, Peyğəmbərin babası və əmisi Əbu Talibin məzarlarının üzərində də günbəzli türbələr yerləşirdi. Lakin bu türbələr digər türbələr kimi bəzəkli deyildi və onların baxıcısı – türbədarı yox idi. Əcəm (İranlı) zəvvarları Əlinin atası Əbu Talibin qəbrini ziyarət edirdilər.[2] 1925-ci ildə Məkkə Səudilərin nəzarətinə keçdikdən sonra, 1926-cı ildə Əbdüləziz ibn Səudun əmri ilə Cənnətül-müəllada yerləşən bütün türbələr dağıdılmış və məzar daşları da götürülmüşdür.[3] Bu gün də Cənnətül-müəlla məzarlıq kimi istifadə olunmağa davam etsə də, orada heç bir türbə və ya məzar daşı qalmamışdır.
Remove ads
Adlanması
Məhəmməd peyğəmbərin Məkkə qəbiristanlığını göstərərək:
"Bu qəbiristan nə gözəldir!"[4]
- deməsi, Xədicənin burada dəfn olunması və Mədinədəki Bəqi qəbiristanlığının türklər arasında "Cənnətül-Bəqi" olaraq adlandırılması səbəbindən, ehtimal ki, Məkkədəki bu qəbiristanlığa da "Cənnətül-müəlla" adı verilmişdir.[1]
Dəfn edilmiş şəxslər
Burada dəfn edilmiş bəzi tanınmış şəxslər bunlardır:
- Qusay (Məhəmməd peyğəmbərin babasının babasının atası);[5]
- Əbdülmənaf (Məhəmməd peyğəmbərin babasının babası, Qusayın oğlu);
- Əbdülmüttəlib (Məhəmməd peyğəmbərin babası);
- Əbu Talib (Məhəmməd peyğəmbərin əmisi);
- Xədicə binti Hüveylid (Məhəmməd peyğəmbərin xanımı);
- Qasım ibn Məhəmməd (Məhəmməd peyğəmbərin oğlu);
- Əsma binti Əbu Bəkr (xanım səhabə, Əbu Bəkrin qızı);
- Abdullah ibn Zübeyr (səhabə, Əsma binti Əbu Bəkrin oğlu);
- Mənsur (Abbasi xəlifəsi);
- Fudeyl ibn İyad (sufi);
- Əli əl-Qari (fəqih);
- Bahaəddin əs-Subki (fəqih).
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads