Dərəçiçək

From Wikipedia, the free encyclopedia

Dərəçiçəkmap
Remove ads

DərəçiçəkErmənistanın Kotayk mərzində yerləşən qəsəbə.[1]

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Remove ads

Tarixi

Rayon mərkəzindən 5 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «iki dağ arasında dərin çuxur» mənasında işlənən dərə sözü ilə Azərbaycan dilində «çiçəkləri olan bitki», «gül» mənasında işlənən çiçək sözünün[4] birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı 1847-ci ildə dəyişdirilib Konstantinovka adlandırılmışdır. 1920-ci illərdə yaşayış məntəqəsinin adı kalka edilərək Zaxqadzor (Dərəçiçək) qoyulmuşdur.

Remove ads

Əhalisi

Burada 1897-ci ildə ruslar, ermənilər və azərbaycanlılar yaşamışdır[5].

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuş və yalnız ermənilər və ruslar yaşamağa başlamışdır. İndi burada ermənilər yaşayır.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads