Dərbənd (qəzet)

From Wikipedia, the free encyclopedia

Remove ads

"Dərbənd" qəzeti (azərb-kiril. Дәрбәнд) — Dağıstanda Azərbaycanrus dillərində buraxılan ictimai və siyasi qəzet. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycanlılarin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir.

Cəld faktlar Yaranma tarixi, Dil ...
Remove ads

Tarixi

Qəzet 1920-ci ildə "Şurayi-Dağıstan" adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə "Dağıstan füqarası" adı ilə dərc olunur. 1928–1930-cu illərdə qəzetin baş redaktoru Məmmədkazım Ələkbərli olmuşdur. Əməkdaşları arasında Almas İldırım, Beydulla Musayev, Əhməd Cəmil, Fazil Seyidov və başqalarını qeyd etmək olar.

1931-ci ilin oktyabr ayından qəzet "Kolxoz yolu", 1932-ci ilin martından isə "Lenin bayrağı" adı ilə nəşr olunur. 1960–1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan "Kənd mayakı", daha sonradan isə "Leninçi" adını alır. 1990-cı illərin əvvəllərindən isə bugünkü adını alır.[1]

1920–1922-ci illərdə Buynakskda, 1922 və 1924–1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cu ildən Dərbənddə dərc olunur.

Remove ads

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads