From Wikipedia, the free encyclopedia
İnformatsionizm transhumanist utopiyanın bir növü olub Böyük Verilənlərin nüfuzlanması nəticəsində əmələ gəlmiş düşüncə quruluşunu və ya fəlsəfəni təsvir edən termindir. Bu termindən ilk dəfə 2013-cü ildə Devid Bruks tərəfindən New York Times qəzetində istifadə edilib[1]. Daha sonra, Yuval Harari bu terminə yeni əmələ gəlmiş ideologiya və hətta üstün gücün informasiya axını olduğu bir din mənası qatmışdır.[2]
Devid Bruks 2013-ün fevral ayında New York Times qəzetində bu sözləri yazmışdı: “Bu gün ən sürətlə böyüyən fəlsəfə nədir deyə soruşsanız, dataizm deyərdim”[1]. Bruks iddia edir ki, məlumatlara bel bağlamaq düşüncə yanılmalarını azaldır və “davranışların diqqət yetirmədiyimiz ülgülərini aydınlaşdırır.”[1]
Stiv Lohrun 2015-ci ildə ərsəyə gətirdiyi “data-ism” adlı kitab Böyük Verilənlərin cəmiyyəti necə dəyişdirdiyindən bəhs edir. Müəllif bu dəyişimi Böyük Verilənlər İnqilabı adlandırmışdır.[3][4]
Yuval Noy Hararinin 2016-cı ildə yazdığı Homo Deus: A Brief History of Tomorrow adlı kitabında müəllif bütün rəqabətli siyasi və ya sosial strukturları məlumatların işləndiyi sistemlər adlandırır. “Dataizm kainatın məlumat axınlarından ibarət olduğunu və hər bir varlığın məlumat axınına olan tövhələrinə görə dəyərləndirildiyini elan edir. “Biz bəşəriyyəti insanların çip rolu oynadığı məlumatların işlənməsi sistemi olaraq düşünə bilərik” – Harari qeyd edib.[5][2] Yuval Noy Hararinin fikirlərinə əsasən “bir dataistin məqsədi məlumat axınını zənginləşdirməkdir.”
Harari təxmin edir ki, bir gün insanların həyatındakı ən mühüm qərarları (məsələn: kimlə evlənmək, hansı kariyeranı seçmək və s.) alqoritmlər verəcək.[6][7] Onun fikrincə Aaron Şvarts dataizmin “ilk qurbanıdır.”[8]
Hararinin xarakteristikasına rəy bildirən təhlükəsizlik icmalçısı Daniel Miessler informatsionizmin Hararinin iddia etdiyi kimi liberal humanizm ideologiyası ilə ziddiyyət təşkil etdiyinə inanmır, çünki insanlar eyni anda həm öz önəmliliyinə, həm də məlumatların önəmliliyinə inana bilər.[9]
Harari özü də bəzi məsələlərə tənqidi yanaşır. Məsələn: Böyük ehtimal ki, informatsionizmin işıqlandıra bilməyəcəyi şüur məsələsi. O bildirir ki, insanlar orqanizmlərin alqoritm olmadığı fikrinə gələ bilərlər. [10]İnformatsionizm sistemin bir bütöv olaraq çalışması naminə şəxsi məlumatlar da daxil olmaqla bütün məlumatların ictimailəşdirilməsi tərəfdaşıdır.[11]
Teri Ortleyb kimi bir sıra digər icmalçılar dataizmin bəşəriyyətə anti-utopik təhdid yaratdığını düşünür.[12]
Facebook–Cambridge Analytica məlumat skandalı siyasi liderlərin Facebook istifadəçilərinin şəxsi məlumatlarından istifadə edib xüsusi psixoloji profillər yaratmaqla internet şəbəkəsini necə manipulyasiya etdiyini göstərdi. Bir qrup məlumat icmalçısı Cambridge Analytica-ın Facebook üzərində qurduğu Süni İntellekti ətraflı araşdırdı və bəzi ümumi nəticələrə gəldi: 10 bəyənmə bir cihazın bir insan haqqında iş yoldaşı qədər, 70 bəyənmə bir dost qədər, 150 bəyənmə bir valideyn qədər, 300 bəyənmə bir həyat yoldaşı qədər, 300-dən çox bəyənmə isə insanın özündən daha çox məlumat sahibi olması deməkdir.[13]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.