Debora

From Wikipedia, the free encyclopedia

Debora
Remove ads

Debora (ivr. דבורה הנביאה) — "Tanax"a görə İsrail Krallığından əvvəlki hakimlər dövründə yaşamış dördüncü hakim, tək qadın hakim və Yəhudilikdə qəbul olunan qadın peyğəmbər. Onun barəsində "Tanax"dakı "Hakimlər Kitabı"nda iki fərqli yerdə – "Hakimlər 4" və "Hakimlər 5"-də məlumat verilmişdir.

Thumb
Qustav Dorenin "Debora" rəsmi

Debora müasir dövrdə tanınmış feminist simvoldur, çünki o, qadın olmasına baxmayaraq, yüksək vəzifə tutmuş və hətta peyğəmbərlik etmişdir, qadınların bu qədər çox hüquqlarının olmadığı dövrlərdə yaşasa da, bu iddia ravvinlər tərəfindən rədd edilmişdir, çünki Debora Elohim tərəfindən peyğəmbərlik üçün seçilmiş və o, özünü peyğəmbər etməmişdir.

Remove ads

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads