Eşq və ölüm (balet)
From Wikipedia, the free encyclopedia
Remove ads
Eşq və ölüm — bəstəkar Polad Bülbüloğlunun Dədə Qorqud dastanının motivləri əsasında yaratdığı balet. İlk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub.[1]Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirilib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə "Eşq və ölüm" baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münhen opera sənəti festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.[2]
Remove ads
Məzmun
"Eşq və ölüm" baleti məşhur "Dədə Qorqud" dastanının motivləri əsasında qələmə alınıb, həyat və ölüm, əbədi məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edir.
Azər və Baycan bir birini sevirlər, amma Yalıncıq da qıza biganə deyil. Oğlanlar qızın sevgisi uğrunda döyüşürlər. Baycan Azəri seçir və bu təəccüblü deyil, çünki Azər və Baycan birlikdə olur Azərbaycan. Amma onların səadəti çox sürmür. Ölkəyə yağılar saldırır və nakam sevgi Yalıncığı xəyanətə sürükləyir. Azər və Baycan əsir düşürlər və ən sonda ölürlər. Baletin ən yadda qalan surətlərindən biri də qarageyimli və ağsifətli Ölümdür.[3]
Remove ads
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads