Elvin Cəfərquliyev
Azərbaycan futbolçusu From Wikipedia, the free encyclopedia
Remove ads
Elvin Cəfərquliyev (26 oktyabr 2000, Bakı) — Azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun[1] və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi.
Remove ads
Karyerası
Klub
Elvin Cəfərquliyev Azərbaycan kubokunda 10 dekabr 2017-ci ildə "Keşlə"nin heyətində "Kəpəz"ə qarşı oyunda debüt etmişdir.[2] O, 2018-ci ildə "Qarabağ"la müqavilə imzalamışdır. 2019-cu ilin yayında "Sumqayıt" FK Elvin Cəfərquliyevlə bir illik müqavilə imzaladığını açıqlamışdı. O, 17 avqust 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın heyətində "Qəbələ" ilə oyunda debüt etmişdir.[3] O, 11 sentyabr 2020-ci ildə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının "Keşlə" ilə oyununda debüt etmişdir.[4][5] Elvin Cəfərquliyev 18 avqust 2020-ci ildə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Sileks"ə qarşı oyunda Avropada debüt etmişdir və Ağdamlidir.
Milli komanda
Elvin Cəfərquliyev Azərbaycan milli futbol komandasının heyətində 30 mart 2021-ci ildə Serbiya ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində debüt etmişdir.[8]
Remove ads
Uğurlar
- Keşlə
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads