Hakimiyyətin banisi Hökmdar Kukla hökmdar, ölkənin bir qismində hakimiyyətdə olub |
Titul | Adı | Hakimiyyət illəri | Qeydlər | Şəkil |
Elxan |
Hülakü xan |
1256–1265 |
- Çingiz xanın nəvəsi, Toluy xanın oğlu. Qardaşları Münke xan və Xubilay xan Monqol imperiyasının "böyük xaqan"ları olmuşdur.
- 1251-ildə böyük xaqan Münke xan Hülakünü İran hakimi təyin etdi və ona Mazandarandakı Nizari-İsmaili dövlətinə və Abbasi xilafətinə son qoymağı, habelə Suriya və Misir ərazilərini ələ keçirməyi tapşırdı.[8]
- 1256-ci ildə Nizari-İsmaili dövləti, 1258-ci ildə isə Abbasilər xilafəti Hülakü xan tərəfindən süquta uğradıldı.[9][10]
- 1259-cu ildə Hülakü Suriyaya doğru yürüşə başladı.[11] 1260-cı ildə Suriya və Fələstini nəzarətə götürüldü.[12]
- 1260-cı ildə Münke xanın ölümü ilə Hülakü xan Suriya və Fələstində kiçik qüvvə saxlayaraq bölgədən uzaqlaşdı. Bölgəyə yürüşə başlayan Məmlüklər 1260-cı ildə Əyn Cəllud döyüşündə Elxani qüvvələrini məğlub etdilər və onları Suriya ilə Fələstindən çıxardılar.[13]
- 1262-ci ildə Qızıl Orda qüvvələri Azərbaycana daxil oldular. Elxani qoşunu Qızıl Orda qüvvələrini məğlub edərək bölgədən çıxardı.[14] Əks-hücuma keçən Elxani qüvvələri Qızıl Orda ərazisinə daxil olub irəliləməyə çalışsalar da, 1363-cü ildə ağır məğlubiyyətə uğradılaraq geri çəkildilər.[15]
- 1262-ci ildə Hülakü xan papa IV Urbana və Fransa kralı IX Lüdovikə müsəlmanlara qarşı ittifaq qurmaq üçün rəsmi səfirlik göndərdi.[16] Həmçinin bu məqsədlə Bizansla əlaqələri möhkəmləndirmək üçün imperator VIII Mixail Paleoloq ilə qohumluq əlaqələri quruldu.[17][18][19]
- Hülakü xan 1265-ci ildə vəfat etdi.[20] Onun dövründə əvvəllər Monqol imperiyasnın canişinləri tərəfindən idarə edilən ərazilərdə monqol hakimiyyəti gücləndi, yeni ərazilər ələ keçirildi. Həmçinin işğal edilən ərazilərdə faktiki olaraq "Elxanilər dövləti"nin əsası qoyuldu.
|
 |
Elxan |
Abaqa xan |
1265–1282 |
- Hülakü xanın[21] və Yesunçin xatunun oğlu. 1265-ci ildə atasının ölümündən sonra taxta çıxmışdır.
- Şəhzadəliyi dövründə Türküstan,[21] Mazandaran və Xorasan valisi olmuşdur.[22]
- Taxta çıxdığı ildə Qızıl Orda qüvvələri Azərbaycana daxil oldular. Lakin məğlub edilərək geri çəkildilər.[23]
- 1270-ci ildə Abaqa xan Xorasana yürüş etmiş Çağatay ordusunu ağır məğlubiyyətə uğradaraq onları bölgədən çıxardı.[24]
- Abaqa xan Məmlüklərə qarşı Suriyada üstünlük qazanmaq üçün Avropa dövlətləri ilə danışıqlar aparsa da, bu danışıqlar nəticəsiz qaldı. Məmlüklərin yürüşü nəticəsində Suriyadakı səlibçi dövlətlər və erməni krallığı ağır zərbə alaraq zəiflədi.[25][26]
- Abaqa xan 1271-ci ildən etibarən Suriyaya yürüşlər təşkil etsə də, bu yürüşlər nəticəsiz oldu.[27] 1281-ci ildə baş tutmuş həlledici döyüşdə Elxani ordusu Məmlüklər tərəfindən ağır məğlubiyyətə uğradılaraq geri çəkildi.[28][29]
- Abaqa xan 1282-ci ildə vəfat etdi.[28][29]
|
 |
Elxan |
Əhməd Təkudar xan |
1282–1284 |
- Hülakü xanın və Kutuy xatunun oğlu. Qardaşı Abaqa xanın ölümündən sonra 1282-ci ildə taxta çıxmışdır.
- Əhməd Təkudar xan islamı qəbul edən ilk Elxani hökmdarıdır.[30]
- Əhməd Təkudar xan dövründə Məmlüklər ilə münasibətlərin normallaşdırması üçün hər iki dövlət tərəfindən təşəbbüslər oldu və elçi mübadiləsi aparıldı.[31][32]
- 1284-cü ildə Abaqa xanın oğlu Arqun xan və Əhməd Təkudarın islamı qəbul etməsi ilə razılaşmayan Elxani əyanları Əhməd Təkudar xana qarşı üsyan qaldırdılar. Üsyan nəticəsində Əhməd Təkudar xan öldürüldü.[33][34]
|
 |
Elxan |
Arqun xan |
1284–1291 |
- Abaqa xanın və Kaymış Egeçi xatunun oğlu. 1284-cü ildə taxta çıxmışdır.
- Taxta çıxmamışdan əvvəl Xorasan və Mazandaran valisi olmuşdur.[35][36]
- Arqun xanın hakimiyyəti dövründə Məmlüklər Suriyada irəliləməyə və bölgədəki səlibçiləri sıxışdırmağa başlamışdılar. Arqun xan Avropa dövlətləri ilə Məmlüklərə qarşı müttəfiqlik qurmağa çalışsa da, bu təşəbbüs uğursuz oldu. Nəticədə Məmlüklər ard-arda qələbələr qazandılar və sonda səlibçilərin Şərqdəki son istehkamı olan Əkkanı tutdular.[37][38][39]
- 1290-cı ilin martında Azərbaycana yürüş edən Qızıl Orda qoşunu məğlub edildi.[40]
- Arqun xan 9 mart 1291-ci ildə öldü.[41][42][43]
|
 |
Elxan |
Keyxatu xan |
1291–1295 |
- Abaqa xanın və Nukdan xatunun oğlu.[44] 1291-ci ildə taxta çıxmışdır.
- Şəhzadəliyi dövründə Ərzincan və Rum valisi olmuşdur.[45]
- Keyxatu xan 1291-ci ildə Konyanı mühasirəyə alan Qaramanoğulları üzərinə yürüş etdi. Nəticədə Konya mühasirədən çıxarıldı və irəliləyən Elxani qoşunu Dənizlini ələ keçirdi.[46]
- 1294-cü ildə dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün metal pul əvəzinə "çao" adlı kağız pul tədavülə buraxıldı.[47]
- Keyxatu xan 1295-ci ildə əmisi oğlu Baydunun üsyanı nəticəsində öldürüldü.[48]
|
 |
Elxan |
Baydu xan |
1295 |
- Hülakü xanın nəvəsi, Tarağayın və Qaraqcin xatunun oğlu. 1295-ci ildə taxta çıxmışdır.
- Şəhzadəliyi dövründə Bağdad və Diyarbəkr valisi idi.[49]
- 1295-ci ildə Keyxatu xanın hakimiyyətindən narazı olan əmirlərlə birlikdə xana qarşı üsyan qaldırdı. Nəticədə Keyxatu xan öldürüldü.[48]
- Onun hakimiyyəti dövründə dövlət Keyxatuya qarşı üsyan qaldıran əmirlər tərəfindən bölündü.[50]
- Beləliklə, Baydu xan da hakimiyyətdə çox qala bilmədi. O, 1295-ci ildə Mahmud Qazan tərəfindən öldürüldü.[51]
|
 |
Elxan, xan |
Mahmud Qazan xan |
1295–1304 |
- Arqun xanın və Qutluq xatunun oğlu.[52] 1295-ci ildə taxta çıxmışdır.[53]
- Şəhzadəliyi dövründə Mazandaran valisi olmuşdur.[52]
- Mahmud Qazan xan taxta çıxdıqdan sonra islamı dövlət dini elan etdi.[54]
- 1295-ci ildə böyük xan Xubilayın vəfatından sonra Mahmud Qazan xan Monqol imperiyaasından müstəqillik elan etdi.[55]
- 1295-ci ildə maliyyə problemləri yaradan "çao" adlı kağız pul dövriyyədən çıxarıldı və yenidən metal pul dövriyyəyə buraxıldı.[56]
- 1299-cu ildə Mahmud Qazan xan Suriya və Fələstinə yürüş təşkil etdi. Məmlükləri məğlub edərək 1300-cü ildə ərazini tam nəzarətə götürdü.[57]
- Lakin bir müddət sonra Elxanilərin Suriya və Fələstinə təyin etdiyi vali Məmlük hakimiyyətinə girdiyini elan etdi.[58] Əraziyə nəzarəti bərpa etmək üçün göndərilən Elxani ordusunun məğlub edilməsi ilə bölgə yenidən Elxanilərin nəzarətindən çıxdı.[59]
- Mahmud Qazan xan 1304-cü ildə öldü.[60]
|
 |
Elxan, xan, sultan |
Məhəmməd Olcaytu xan |
1304–1316 |
- Arqun xan və Uruk xatunun oğlu. 1316-cı ildə taxta çıxmışdır.
- Şəhzadəliyi dövründə Xorasan valisi olmuşdur.[61]
- 1306-cı ilə Herat Məhəmməd Olcaytu xanın əmri ilə ələ keçirildi.[62]
- 1306-1307-cı illərdə Gilan ələ keçirildi.[63]
- Məhəmməd Olcaytu xan 1310-cu ildə "şiə" məzhəbinə keçdiyini elan etsə də,[64][65] sonradan sünniliyə geri döndü.[66]
- 1305-ci ildə tikintisinə başanılmış Sultaniyə şəhərinin tikintisi 1313-cü ildə başa çatdı.[67]
- Məhəmməd Olcaytu xan Məmlüklərə qarşı Avropa dövlətləri ilə əlaqələr qursa da, bu cəhd uğursuz oldu.[68][69]
- 1313-cü ildə Məmlüklər üzərinə yürüş təşkil edildi. Lakin Qızıl Orda təhlükəsi səbəbindən bu yürüş dayandırıldı.[70]
- Məhəmməd Olcaytu xan 1316-cı ildə vəfat etdi.[71]
|
 |
Elxan, xan, sultan |
Əbu Səid Bahadur xan |
1316–1335 |
- Məhəmməd Olcaytu xanın və Hacı xatunun oğlu.[72] 1316-cı ildə taxta çıxmışdır.
- Şəhzadəliyi dövründə Xorasan valisi olmuşdur.[73]
- 1317-ci ildə Əbu Səidin taxta yeni çıxmasından istifadə edən Çağatay şəhzadəsi Yasavur Xorasanı və növbəti il Mazandaranı ələ keçirdi. 1319-cu ildə Elxani ordusu Yasavuru Xorasan və Mazandarandan çıxardı.[73]
- 1319-cu ildə isə, Qızıl Orda hökmdarı Özbək xan Dərbənddən Şirvan ərazisinə daxil oldu. Kür çayı sahilində Elxani qüvvələri tərəfindən məğlubiyyətə uğradılan Qızıl Orda hökmdarı bölgəni tərk etdi.[74]
- 1319-cu ildə Əbu Səid və Elxani ordusunun komandanı Əmir Çobana qarşı üsyan qaldırmış əmirlərin orduları Miyanə yaxınlığında məğlub edildi.[74]
- 1323-cü ildə Məmmlüklərlə Elxanilər arasında sülh müqaviləsi imzalandı.[75] Həmçinin bu dövrdə Dehli sultanlığı ilə münasibətlər normallaşdırıldı.[76]
- Əmir Çoban və ailəsinin Elxanilər dövlətindəki nüfuzu aradan qaldırmaq üçün hərəkətə keçən Əbu Səid Bahadur xan, onların öldürülməsi haqqında əmr verdi.[77] 1327-ci ildə Əmir Çobanın da öldürülməsi ilə ölkədəki mütləq güc Əbu Səidin əlində cəmləşdi.[78]
- Əbu Səid Bahadur xan 1335-ci ildə vəfat etdi.[79]
|
 |
Elxanilərin parçalanması |
Elxan, xan, sultan |
Arpa xan |
1335–1336 |
- Çingiz xanın oğlu Tuli xanın nəslindən, Səfyanın oğlu. Əbu Səid Bahadur xanın övladı olmadığı üçün[80] onun ölümündən sonra 1335-ci ildə hakimiyyətə gətirilmişdir.[81]
- Elxanilərdə hakimiyyət dəyişikliyindən xəbər tutan Qızıl Orda hökmdarı Özbək xan Azərbaycana yürüş təşkil etsə də, Arpa xan bu yürüşün qarşısını ala bildi və Qızıl Orda qüvvələri Azərbaycanı tərk etdilər.[82]
- 1336-cı ildə Əbu Səid Bahadur xanın dayısı Əmir Əli Padşah Arpa xana qarşı üsyan qaldırdı və öz namizədi Musa xan ilə birlikdə Təbrizə doğru hərəkətə başladı. Həmin ilin aprelində baş vermiş döyüşdə Arpa xan məğlub edilərək öldürüldü.[82]
|
 |
Elxan, xan, sultan |
Musa xan |
1336 |
- Baydu xanın nəvəsi, Qıpçaqoğulun oğlu.
- 1336-cı ildə Arpa xanın Əmir Əli Padşah tərəfindən öldürülərək taxtdan salınmasından sonra hakimiyyətə gətirilmişdir.[82] Musa xan rəsmi olaraq hökmdar elan edilsə də, dövləti o, idarə etmirdi. Bütün hakimiyyət Əmir Əli Padşahın əlində cəmlənmişdi.
- Musa xanın hakimiyyəti bir neçə ay çəkdi. 1336-cı ildə Musa xan və Əmir Əli Padşah üzərinə hərəkətə keçən Həsən Cəlayır baş vermiş döyüşdə qalib gəldi. Əmir Əli Padşah öldürüldü, Musa xan isə qaçdı. Həsən Cəlayır tərəfindən Məhəmməd xan hökmdar elan edildi.[82]
- Musa xan daha sonra Həsən Cəlayır və Məhəmməd xana qarşı üsyan qaldırmış Xorasan əyanları ilə birləşsə də, 1337-ci ildə baş tutmuş qarşıdurmada məğlub edildi və öldürüldü.[83]
|
 |
Elxan, xan, sultan |
Məhəmməd xan |
1336–1338 |
- Hülakü xan nəslindən olan Yul Qutluğun oğlu.[84]
- 1336-cı ildə Əmir Əli Padşah və onun namizədi Musa xanın məğlub edilməsindən sonra Həsən Cəlayır tərəfindən taxta çıxarılmışdı.[82] Hakimiyyət isə faktiki olaraq Həsən Cəlayırın əlində idi.
- 1337-ci ildə Xorasan əmirləri Toğa Teymur adlı başqa bir şəhzadəni hökmdar elan edərək üsyan qaldırdılar. Onlara Musa xan da qoşuldu. Həmin il Marağa yaxınlığında baş vermiş döyüşdə Həsən Cəlayır və Məhəmməd xan qalib gəldi. Musa xan və Xorasan hakimi Şeyx Əli Quşçi öldürüldü.[83]
- 1338-ci ildə Əmir Çobanın nəvəsi Həsən Çobani hakimiyyəti ələ keçirmək üçün Təbrizə yürüş təşkil etdi. 1338-ci ildə baş vermiş döyüşdə Həsən Cəlayır və Məhəmməd xan məğlub edildi, Məhəmməd xan öldürüldü.[85]
|
 |
Elxan, xan, sultan |
Toğay Teymur xan |
1337 – 1353 |
- Toğay Teymur xan Hülaku xanın soyundan deyil. O, Çingiz xanın qardaşı Cuçi Qazarın nəslindən olan Mamay Kavun oğludur.[86]
- 1337-ci ildə Elxanilərin Xorasan əmirləri ittifaq bağlayaraq Toğa Teymuru hökmdar elan etdilər.[83]
- Həsən Cəlayır və Məhəmməd xan üzərinə yürüş əmirlər 1337-ci ildə baş tutmuş qarşıdurmada Həsən Cəlayırın qüvvələrinə məğlub oldular, Xorasan hakimi Şeyx Əli Quşçi öldürüldü. Geri çəkilən Xorasan əmirləri Toğa Teymuru ikinci dəfə hökmdar elan edərək Xorasanda müstəqil hakimiyyət sürməyə başladılar.[83]
- 1337-ci ildə Həsən Cəlayırın Xorasana göndərdiyi qoşunun məğlub edilməsi ilə Toğa Teymurun buradakı hakimiyyəti möhkəmləndi.
|
 |
Elxan, xan, sultan |
Satıbəy xatun |
1338–1340 |
- Məhəmməd Olcaytu xanın və Hacı xatunun qızı.
- 1338-ci ildə Həsən Çobani Şeyx Həsən Cəlayır və Məhəmməd xanı məğlub etdikdən sonra Təbrizdə Satıbəy xatunu hökmdar elan etdi.[87]
- 1340-cı ildə Həsən Çobani Satıbəy xatunu hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə Süleyman xanı hökmdar elan etdi.[88]
|
 |
Elxan, xan, sultan |
Cahan Teymur xan |
1339–1340 |
|
 |
Elxan, xan, sultan |
Süleyman xan |
1340–1343 |
|
 |
Elxan, xan, sultan |
Ənuşirvan xan |
1345–1357 |
|
 |
Elxan, xan, sultan |
Loğman xan |
1353 – 1388 |
|
|
Elxan, xan, sultan |
II Qazan xan |
1356–1357 |
|
 |