Emin Sabitoğlu

Azərbaycan bəstəкarı From Wikipedia, the free encyclopedia

Emin Sabitoğlu
Remove ads

Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı18 noyabr 2000, Bakı) — Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Remove ads

Həyatı

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub[1]. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956–1961).

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.

Remove ads

Fəaliyyəti

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq hələ də əsərləri ilə yaddaşlarda qalıb.

Remove ads

Təltif və mükafatları

Xatirəsi

Thumb
Emin Sabitoğlunun xatirə lövhəsi (Bakı)

5 avqust 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].

2022-ci ildə bəstəkarın 85 illik yubileyi Vyanada qeyd olunmuşdur[3].

Filmoqrafiya

Səs operatoru kimi

  • Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film)

Musiqi tərtibatçısı kimi

Bəstəkar kimi

Əsərlərindən istifadə olunan filmlər

İştirak etdiyi filmlər

Aktyor kimi

Haqqında çəkilən film

Remove ads

İstinadlar

Mənbə

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads