Füzuli Sabiroğlu

Azərbaycan rejissoru və yazıçısı From Wikipedia, the free encyclopedia

Füzuli Sabiroğlu
Remove ads

Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub[1]. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib.

Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur.

1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib.

2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.

50-dən artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissorudur.

Rəhbərlik etdiyi yaradıcı qrupun hazırladığı "Azərbaycan qalaları" sənədli filmlər silsiləsi 2009-cu ildə "Humay" mükafatına layiq görülüb.

22 dekabr 2022-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

3 fevral 2023-cü ildə "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif olunub.

24 iyul 2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.[2]

Remove ads

Filmoqrafiya

  1. İşığı oğurlanmış ulduz (film, 2004)
  2. Avanqard (film, 2004)
  3. Mənim şəhərimin nağılı (film, 2004)
  4. Uğur yolu (film, 2004)
  5. Yüksəliş (film, 2005)
  6. Seçim anı (film, 2005)
  7. Anda sədaqət (film, 2005)
  8. Şeyx Nizaminin məzarı (film, 2005)
  9. Yağışlı günlərin melodiyaları (film, 2005)
  10. Şeirə köklənmiş ürək (film, 2005)
  11. İkinci Dünya müharibəsi və Azərbaycan (film, 2005)
  12. Azərbaycan Faşızmlə üz-üzə (film, 2005)
  13. Vergi sütunu (film, 2005)
  14. Qanun adından (film, 2005)
  15. Yeni mərhələ (film, 2005)
  16. Uğur və inam (film, 2006)
  17. Məhv edilmiş şəhər (film, 2006)
  18. Qanlı Yanvara aparan yol (film, 2006)
  19. Kosmosdan gələn qonaq (film, 2006)
  20. Kamil Əliyevin sehrli ilmələri (film, 2006)
  21. Fenomen (film, 2006)
  22. İrəli (film, 2006)
  23. Viktor Klayn (film, 2007)
  24. Böyük ömrün 7 anı (film, 2007)
  25. Əziz Əliyev (film, 2007)
  26. Avqust Sazağı (2007)
  27. İrəvan və irəvanlılar (film, 2007)
  28. Təbiətin xilaskarı (film, 2007)
  29. Uğur formulu (film, 2007)
  30. Xalqın Oğlu (2007)
  31. Vətən Bilgisi (2007)
  32. Dirçəliş Yolu (2007)
  33. 7 il sizinlə (film, 2007) (qısametrajlı sənədli film) (layihə rəhbəri)
  34. Böyük Qələbələr İli (2008)
  35. Bir Ömrün Manifesti (2008)
  36. İstiqlalımız (2008)
  37. Bizim Gücümüz (2008)
  38. 21-ci Əsrin Lideri (2008)
  39. Gizlədilmiş Həqiqət (2008)
  40. Nur Dolu Ömür (2008)
  41. Tarixin Yaddaşı (2008)
  42. Azərbaycan qalaları (film, 2008-2010)
  43. Ruhun və Gücün Zəfəri (2009)
  44. Mərdlik Qalası-Laçın (2009)
  45. İntibah (2009)
  46. Qurtuluş Mübarizəsinin Qalibi (2009)
  47. Böyük Yolun Davamçısı (2009)
  48. Rasim Əliyevin Sənət Formulu (2009)
  49. Gözəlliyə Açılan Pəncərə (2009)
  50. Əsrin Möcüzəsi (2009)
  51. Fərqli Dalğa- 107fm (2009)
  52. Akademik Bünyadovun missiyası (film, 2012)
  53. Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)
  54. 21-ci əsrin güclü lideri-Azərbaycanın həqiqi müstəqilliyi (film, 2011) (sənədli serial)
  55. Haqq aşığı (film, 2021)
  56. "Sarı gəlin"in sorağında (film, 2023)
Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads