Fabiyan Buntiç
xorvat-alman furbolçu From Wikipedia, the free encyclopedia
Remove ads
Fabiyan Buntiç (alm. Fabijan Buntić, 24 fevral 1997[1][2], Ştutqart) — Xorvatiyalı futbolçu. Ağdamın Qarabağ klubunda qapıçı kimi çıxış edir.[3]
Almaniyada anadan olub, Xorvatiyanın aşağı yaş milli komandalarında çıxış edib.
Remove ads
Karyera
Klub
Buntiç Ştutqart klubunun yetirməsidir. Ancaq "Ştutqart" klubunun əsas heyətində heç bir rəsmi oyuna çıxmayıb.
2016-cı ildə azad agent kimi "İnqolştadt 04" klubuna keçir. 1 dekabr 2018-ci ildə "Hamburq" klubuyla matçda yeni klubunda debüt edir.[4] 6 fevral 2021-ci ildə, Fabian, "Viktoriya Köln" klubu ilə baş tutan matçın əlavə vaxtında qol vurur.[5] Onun vurduğu bu qol "İnqolştadt 04" klubuna qələbə qazandırır.[6]
2022-ci ildə Portuqaliyanın "Vizela" klubuna transfer edilir.[7] 6 avqust 2022-ci ildə "Rio Ave" klubu ilə matçda Buntiç "Vizela" klubunda ilk oyununu keçirir.[8]
10 iyun 2024-cü ildə "Qarabağ" klubuna transfer edilir. Klubla Almaniya vətəndaşlığına malik xorvat qolkiper arasında üç illik müqavilə imzalanır.[3]
Milli komanda
Almaniyada anada olsa da xorvat əsilli olduğu üçün Xorvatiya milli komandasını seçib. 2014-cü ildə Xorvatiyanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət edilib. 2 il müddətində Xorvatiyanın aşağı yaş milli komandalarında çıxış edib. Xorvatiyanın U18 milli komandasında 7, Xorvatiyanın U19 milli komandasında isə 6 oyunda meydana çıxıb.
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads