Flavi Arrian
From Wikipedia, the free encyclopedia
Remove ads
Flavi Arrian (lat. Lucius, Flavius Arrianus, q.yun. Αρριανος, təx. e. 86 - 160 ili) - antik tarixçi və coğrafiyaşünası, Roma imperiyasında yüksək vəzifələr tutub.
Remove ads
Bioqrafiya
Məlumdur ki, dövrün digər görkəmli müəllifi Kassi Dion Kokkean Flavi Arrianın bioqrafiyasını qələmə alıb, lakin bu əsər günümüzə qədər qalmayıb. Buna baxmayaraq, Arrian haqqında müəyyən qədər məlumatlar mövcuddur. Beləliklə, Flavi Arrian Kiçik Asiyada Vifiniya vilayətinin Nikomediya şəhərində imkanlı ailədə anadan olub. B.e.I əsrinin ikinci yarısından Arrianın ailəsi Roma imperatorları Flavilərin sülalə adını qəbul edib. O mükəmməl yunan təhsilini alıb. Arrian həm qədim yunan, həm də latın dilini bilirdi və hər iki dildən istifadə edirdi, bununla belə, əsərlərini qədim yunan dilində yaradırdı. Antik müəllif filosof Epiktetin tələbəsi idi və müəllimi haqda da əsərlər yaratmışdı. Bir yazıçı kimi Arrian Ksenofontun üslubunu təqlid edirdi. Gəncikən Arrian hərbi işin nəzəriyyəsinə yiyələnmişdi və təcrübəsini də keçmişdi. Bütün bilik və bacarıqlarının sayəsində Arrian gənc yaşından vacib vəzifələri icra edirdi. Belə ki, o əvvəl senator, sonra konsul vəzifəsində çalışıb, 131-137-ci illərdə isə imperator Adrian tərəfindən Kappadokiyaya leqat təyin olmuşdu. ümumilikdə, Roma imperatoru Adrianın dövründə Arrian karyerasının ən parlaq dövrünü yaşamışdı.
Remove ads
Əsərləri
Tərcümələr
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads