Google Buzz

From Wikipedia, the free encyclopedia

Remove ads

Google Buzz (az. Google bazası) Google tərəfindən hazırlanmış və Gmail-ə inteqrasiya olunmuş sosial şəbəkə vasitəsidir. Google Buzz-dan istifadə edərək, siz dostlarınız arasında və yaxud qeyri-məhdud sayda istifadəçilər arasında keçidlər, fotolar və videolardan ibarət mesajları cəld paylaya bilərsiniz.

Cəld faktlar URL, Tipi ...

Buraxılış zamanı Google Buzz Picasa, Flickr, Google ReaderTwitter ilə inteqrasiya olunmuşdu.Bəzi analitiklərin fikrincə, Google Buzz-ın yaradılması Google-un TwitterFacebook-la rəqabət aparmaq cəhdidir.

Remove ads

Tənqidlər

2010-cu il fevralın ortalarında elektron rabitəni tənzimləyən bəzi Amerika qanunlarını pozduğuna görə Google-a qarşı iddialar qaldırıldı. Xüsusilə, Google Buzz istifadəçiləri “yeni sosial şəbəkəyə” qoşduğuna və onların razılığı olmadan onların əlaqə siyahılarına daxil olduğu üçün tənqid edilmişdir. EPIC insan haqları araşdırma mərkəzi də bu pozuntulardan şikayət edib.

Xidmətin bağlanması

14 oktyabr 2011-ci ildə Bradley Horowitz rəsmi Google bloqunda Google Buzz və Buzz API-nin yaxın həftələrdə bağlanacağını elan etdi. Buzz-ı dəstəkləmək əvəzinə səylər Google+ üzərində cəmlənəcək. Bu halda, köhnə mesajlar profilinizdə mövcud olacaq və onları Google Takeout istifadə edərək endirmək olar. Ancaq yeni mesajlar yarada bilməyəcəksiniz.

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads