Hökumə Əliyeva
Təyyarə bələdçisi; Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia
Remove ads
Hökumə Cəlil qızı Əliyeva (8 avqust 1991, Susuzluq, Kəlbəcər rayonu – 25 dekabr 2024[1], Aktau) — azərbaycanlı böyük təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı.[2]
Remove ads
Həyatı və fəaliyyəti
Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb.[3] Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.[4]
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirmişdir. Atası Cəlil Əliyevin sözlərinə görə bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. Atasının sözlərinə görə, o, bu uçuşdan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.[3][5]
Şəxsi həyatı
Evli idi.[6] Övladı yox idi.
Remove ads
Ölümü

O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq "Hər şey yaxşı olacaq!" kəlmələri ilə məşhurlaşmışdır.[7] Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.[8]
Remove ads
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[9]
(29 dekabr 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
- Böyük humanizm göstərdiyinə görə Çingiz Aytumatov adına medal ilə təltif olunmuşdur
İrsi və xatirəsi
Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən "Hökumə — kədərim mənim" adlı qısametrajlı sənədli film çəkib. Filmin bədii rəhbəri Rasim Balayev, ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasov.[10][11]
Əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. 2025-ci lin avqustundan etibarən digər materiallar ailəsinin evinin həyətində təşkil olunan ev-muzeyində sərgilənir.[12][13]
Polşada adına təqaüd proqramı təsis edilib.[14]
Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa adı verilib.[15]
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads