Hüsniyyə Mürvətova
Azərbaycan teatr və film sənətçisi From Wikipedia, the free encyclopedia
Remove ads
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002).
Remove ads
Həyatı
Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə[1] və 8 may 2025-ci ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.
2000-ci ildə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanır. Hazırda Orxan adlı bir oğlu var.[3] Atası şair Vaqif Mürvətov (Vaqif Tacı Ələzli) 2021-ci ildə vəfat edib.[4] Hüsniyyə Mürvətova atasının o tamaşada olarkən vəfat etdiyini açıqlayıb.[5]
Remove ads
Əsas rolları
Sumqayıt Dövlət Dram Teatrı
Bakı Bələdiyyə Teatrı
Remove ads
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads