Həmzə Sultan sarayı

From Wikipedia, the free encyclopedia

Həmzə Sultan sarayımap
Remove ads

Həmzə Sultan sarayı — Saray Laçın rayonunun Hüsülü kəndinin ərazisində yerləşir.

Cəld faktlar Ölkə, Yerləşir ...
Remove ads

Sarayın tarixi

Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.[1] XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib.

Memarlıq xüsusiyyətləri

Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrinin geniş istifadə edilib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. avanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəli olmaqla xeyli sayda yardımçı otaqları və divanxanaları vardır.[2]

İşğaldan sonrakı vəziyyəti

Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Rayonun işğalından sonra kəndin adı dəyişdirilir, Həmzə Sultan sarayı isə təmir edilərək qonaq evi kimi istifadəyə verilir. Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə işğalçılar tərəfindən qonaq evi kimi istifadə olunub.[3],[4]

İstinadlar

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads