Həsən Merac

From Wikipedia, the free encyclopedia

Həsən Merac
Remove ads

Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...

Həyatı

Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib.

1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. "Tanıtım" qəzetində, həmçinin digər bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb.

2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub.

1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb.

"Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.

2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü və VHP-nin İcra Aparatının əməkdaşı olub.

2001-ci ildə “Sabir” Yazarlar Ocağını təsis edib, ömrünün sonuna kimi ocağın başqanı olub.

2010-cu il 25 yanvarda vəfat edib.

Remove ads

Filmoqrafiya

  1. Karvan (film, 1995)

Kitabları

  • "Şairlər qərib olur bu yer üzündə" (şeirlər). 1993.

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads