I Ərdəşir

From Wikipedia, the free encyclopedia

I Ərdəşir
Remove ads

I Ərdəşir Babəkan (fars. اردشیر, lat. ArtaxerxesSasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah.

Cəld faktlar Sonrakı, Şəxsi məlumatlar ...
Remove ads

İlk illəri

Thumb
Ərdəşirin tacqoyması, Nəqşi Rüstəm

Təbərinin məlumatına görə Ərdəşir 180-ci ildə İstəhrin Tiruda kəndində anadan olmuşdur. Gənc yaşlarında atası Fars knyazı Gozihrdən icazə alaraq onu Darab qalasına göndərmiş, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlmişdir. Get-gedə Ərdəşirin gücü artmış, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri devirmişdilər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, XuzistanKirmana hakimlik etməyə başlamışdı.

Remove ads

Hakimiyyəti

28 aprel, 224-cü ildə Parfiya hökmdarı V Artabanın ordularını Bəndər Abbas yaxınlığında məğlub edən Ərdəşir özünü şahənşah elan etmişdi. 226-cı ildə Ktesifonda rəsmən tacqoyma mərasimi keçirilmişdi.[1] Ərdəşir Sistan, Qorqan, Mərv, Xarəzm, Bəlx, BəhreynMosulu ələ keçirmiş, KuşanıMəkranı asılı hala salmışdı.

Daxili siyasət

Ərdəşir ölkəni mərkəzləşdirdi və mərzbanlıqlara böldü. Zərdüştilik dövlət dini oldu. Xristianlara tolerant yanaşılmağa başlandı.

Xarici siyasət

Ərdəşir hakimiyyətə gələndən sonra əsasən Roma ilə problemlər yaşamağa başladı. Ermənistan Arşakilərinin Sasanilərə qarşı müqaviməti Ərdəşiri Romaya hücum etmək qərarına gətirdi. 230-cu ildə Nusaybini mühasirəyə alan Fars orduları Kappadokiyaya qədər gedib çıxmışdı. 232–233-cü illərdə Septimi Severlə olan bir sıra döyüşlərdə Roma ordularını məğlubiyyətə uğratdı və 237-ci ildə nəhayət ki, Mesopotamiyanın şimalını ələ keçirə bildi. 240-cı ildə oğlu Şapuru şərik kimi taxta çıxardı. 242-ci ildə vəfat etdi.

Thumb
I Ərdəşir tərəfindən 209-cu ildə tikdirilmiş Qız qalası

Ailəsi

Atası Babək Sasani yerli bir əsilzadə, babası Sasan İstəhr atəşgahının rahibi idi. Nənəsi isə Bəzrəngilər ailəsinə mənsub idi. Şapur və Balaş adlı iki qardaşı vardı.

Remove ads

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads