Kamran Bağırov
From Wikipedia, the free encyclopedia
Remove ads
Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988).
Remove ads
Həyatı
Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.[2]
1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Onun ölkəyə rəhbərliyi dövründə Qarabağ münaqişəsi alonlanmağa başlasa da, K.Bağırov bu münaqişənin yaranmasının və böyüməsinin qarşısını ala bilmədiyini özü də etiraf edib. Bağırov vəzifədən getməsi ilə bağlı müraciətində bunları yazıb:
“Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”
Vəzifədən çıxarıldıqdan sonra ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi.[3] 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.
Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Faiq Bağırzadə onun böyük qardaşıdır.[4]
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads